Putin “Saxalin-1" layihəsi ilə bağlı fərman imzaladı
9-10-2022, 00:08

Rusiya Prezidenti Vladimir Putin “Saxalin-1” neft-qaz layihəsinin Rusiyaya verilməsi haqqında fərman imzalayıb.
Bu fərmana əsasən, “Exxon Mobil Corp” ölkənin şərqindən yekun şəkildə çıxarıla bilər.
Cebhe.info xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, yeni rusiyalı hüquqi şəxs hazırkı investorlar konsorsiumunun və operator "Exxon Neftegas Limited"-in hüquq və öhdəliklərini öz üzərinə götürəcək.
Bildirilir ki, xarici səhmdarların yeni şirkətdəki paylarını saxlayıb-saxlamayacaqlarını müəyyən etmək üçün bir ay vaxtları var. İmtina edənlər bu ilin əvvəlində "Saxalin-1" hasilatının dayandırılması fonunda yaranan potensial itkiləri nəzərə alaraq kompensasiya almaq hüququ qazanacaqlar.
Xatırladaq ki, Rusiya Ukraynaya xüsusi hərbi əməliyyat başlatdıqan sonra "Exxon" istehsalı dayandırıb.
Onu da bildirək ki, Yaponiyanın "Mitsubishi Corp." və "Mitsui & Co." şirkətləri Rusiyanın əsas
mayeləşdirilmiş təbii qaz istehsalı zavoduna sərmayəni saxlamağa qərar verib.
Xatırladaq ki, avqustun əvvəlində "Exxon"şirkəti 30%-lik payını naməlum üçüncü tərəfə ötürmək üçün danışıqlar apardığını bildirsə də, ertəsi gün Putin xarici səhmdarların "Saxalin-1" də daxil olmaqla bir neçə strateji layihədən çəkilməsini bir ilə qədər qadağan edən fərman vermişdi.
Əlavə edək ki, Putin iyulda "Saxalin-2" qaz layihəsinin Rusiyanın biznes qurumuna verilməsi ilə bağlı oxşar fərman imzalamışdı.
Vurğulayaq ki, dünyanın ən böyük neft şirkətlərindən biri olan Amerikanın "Exxon Mobil Corporation"şirkəti hazırda Rusiyanın “Saxalin-1” neft-qaz istehsalı platformasındakı payının başqa şirkətə verilməsi ilə bağlı danışıqlar aparır.
Həmçinin əlavə edək ki, Rusiya dekabr ayında Çinə "Saxalin-2" ixrac zavodundan mayeləşdirilmiş təbii qazın bir neçə partiyasını hazırkı qiymətin təxminən yarısına satıb.