İki il öncə: Azərbaycan Ordusunun dörd istiqamətdə uğuru, işğaldan azad edilən ərazilər – SİYAHI + FOTO/VİDEO

9-10-2022, 09:05           
İki il öncə: Azərbaycan Ordusunun dörd istiqamətdə uğuru, işğaldan azad edilən ərazilər
Bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsində bir neçə ərazisini işğaldan azad etməsindən iki il keçir. Oxu.Az-ın məlumatına əsasən, müzəffər Azərbaycan Ordusu 2020-ci ilin oktyabrın 9-da Cəbrayıl, Füzuli, Tərtər və Xocavənd istiqamətlərində uğurlar qazanıb.

Həmin gün Azərbaycan Ordusu Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzulinin Yuxarı Güzlək, Gorazıllı kəndlərini işğaldan azad edib.

Ordumuz həmin gün Tərtərin Çaylı kəndinə də nəzarəti bərpa edib.

Həmin gün Xocavəndin Hadrut qəsəbəsinin işğalına son qoyulması müharibənin gedişatında həlledici dönüş nöqtələrindən birini yaratdı.

Qeyd edək ki, həmin gün Xocavəndin Sor kəndində də işğala son qoyulub.

Xatırladaq ki, qələbə xəbərlərini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru