İlham Əliyevin son səsləndirdiyi təklif doğrudur - Hər iki tərəfdən sərhəd-keçid məntəqələri olmalıdır.

20-02-2023, 10:54           
İlham Əliyevin son səsləndirdiyi təklif doğrudur -
İlham Əliyevin son səsləndirdiyi təklif doğrudur – Ermənistanla Azərbaycan arasında istənilən yol və kommunikasiyalarda hər iki tərəfdən sərhəd-keçid məntəqələri olmalıdır.
Yəni, Laçindan Xankəndinə gedən yolda, bizim tərəfdən Azərbaycanın SKM-si, Ermənistan ərazisində də onların SKM-si olmalıdır. Eyni yanaşma Zəngəzur yolunda da baş verməlidir – bu təklif, əslində Ermənistana da sərf edir, hətta, məncə, Ermənistanla da öncədən razılaşdırılıb. Çünki, bu təklif Rusiyanın nəzarətinin zəiflədilməsinə hesablanıb, Zəngəzir yolu ilə bağlı məsələnin düyünə düşməsində əsas maneə məhz Rusiya ilə Ermənistan arasında anlaşmanın olmamasındadır.
Rəsmi İrəvan Rusiyaya təzyiq edə bilmir, çünki Moskvadan boğazınacan asılıdır, Moskvanın istəyi, hədəfi budur ki, Laçın yolunan da, Zəngəzur yolunun da tək və yeganə sahibi olsun. Bu tək bizə, Ermənistana deyil, həm də Qərbə sərf etmir, çünki Rusiyadan yan keçən yeni beynəlxalq logistik xəttlərə ehtiyac var, bunlardan ən optimalı və gələcəkdə böyük potensiala malik Azərbaycan üzərindən keçən Şərq-Qərb-Şərq dəhlizidir.
Bu dəhlizin əsas logistik mərkəzi Azərbaycan ola bilər, amma bunun üçün də bizim görəcəyimiz çox iş var:
1) Ölkadaxili tranzit tarifləri ilə bağlı yeni yanaşma olmalıdır, tariflər xeyli ucuzlaşdırılmalıdır,
2) “Yaşıl Koridor” prinsipi genişləndirilməlidir,
3) Xarici investorlar və tranzit yükdaşıma sifarişçiləri üçün Azərbaycanın pis imici düzəlməlidir,
4) Gömrük və Vergi qanunvericiliyi yumşadılmalı, sadələşdirilməli və korrupsiyadan təmizlənməlidir,
5) Qonşu ölkələrlə vahid tranzit taarifləri anlaşması imzalanmalıdır.
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru