Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub
Bu gün, 17:08
Yaponiyada 80 yaşlı qadın internetdə tanış olduğu və astronavt olduğunu iddia edən fırıldaqçının qurbanı olub.
Bu barədə "CBS News" kanalı məlumat yayıb.
Qısa yazışmalardan sonra fırıldaqçı qadından maddi yardım istəyib, çünki onun sözlərinə görə, hazırda kosmosda kosmik gəminin içərisindədir, lakin "hücuma məruz qalıb və oksigenə ehtiyacı var".
Fırıldaqçı oksigen almaq üçün qadını pul köçürməyə razı salıb, nəticədə qadın 6 700 dollar itirib.
80 yaşlı qadının yazışmalar əsnasında "astronavt"a qarşı hisslərinin yarandığı bildirilir.