“Tehran Ermənistana ordusunu yerləşdirmək fikrindədir” - NƏ BAŞ VERİR?

25-03-2023, 10:18           
“Tehran Ermənistana ordusunu yerləşdirmək fikrindədir” - NƏ BAŞ VERİR?
İran artıq Azərbaycana münasibətdə bütün hədləri aşmağa başlayıb.

Bu ölkə öz hərəkətilə açıq şəkildə göstərir ki, Azərbaycanın mövcudluğu, onun nüfuzunun artması ilə barışa bilmir. SEPAH-a bağlı telegram kanalları ardarda Azərbaycanı hədələyən videolar yayamaqla məşğuldur. Hər cəhdlərindəİranın gücünü göstərmək, Azərbaycana psixoloji basqı etmək niyyətindədirlər.

TEREF.AZ-ın məlumatına görə, Bizim.Media-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirir ki, İran hazırda Azərbaycanla Ermənistan arasında münaqişənin yenidən alovlanmasında maraqlıdır:

“Çünki İran münaqişənin alovlanması ilə ondan öz maraqları naminə yararlanmaq istəyir. Ona görə də mütəmadi olaraq son zamanlar Azərbaycana qarşı müxtəlif təhdid fəaliyyətində bulunurlar. Tehranın belə təhdidlərdə məqsədi tək Azərbaycanı qorxutmaqdan ibarət deyil. Tehran Moskva ilə yanaşı Ermənistana gətirilən Aİ-nin mülki missiyası ilə bağlı da narahatlıq keçirir. İran Əl-Riyadla bağladığı müqaviləyə görə, Yaxın və Orta Şərqdəki eksponsionik siyasətinə son qoymalı, Suriya və Yəməndən qüvvələrini çıxarmalıdır”.

Həmsöhbətimizə görə, həmin geri çəkilən qoşunların bir hissəsini isə İran Ermənistanda yerləşdirmək barədə düşünür:

“Bu yaxınlarda İran əsgərinin Qarabağda yerləşdiriləcəyilə bağlı təsdiqini tapmayan məlumat yayıldı. Düşünürəm ki, həmin əsgərlərini Tehran Ermənistanda yerləşdirmək istəyir. İran birbaşa Ermənistana təsir etmək istəmir. Ona görə də Azərbaycanla Ermənistan arasında toqquşmanın baş verməsində maraqlıdır. Bu fonda da öz qoşunlarını Ermənistanda yerləşdirməyi düşünür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.