İlk dəfə olaraq XRİTDX ən sərt tədbirə əl atıb

12-05-2023, 10:34           
İlk dəfə olaraq XRİTDX ən sərt tədbirə əl atıb
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti bloklanıb.
Qurum bunun həmin resursların informasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyi səbəbindən olduğunu açıqlayıb.
Maraqlıdır ki, son son onilliklərdə, XRİTDX hətta XDMX daxilində olduğu dövrlərdə belə addımlar müşahidə etməmişəm.
Adətən XRİTDX dövlət qurumlarında İT audit aparıb nöqsanlar tapandan sönra hansısa tövsiyələr verməklə işi bitmiş hesab edirdi.
Bir çox dövlət qurumları da bu tip tövsiyələri icra etməyə elə də həvəs göstərmirdilər.
Fikrimcə, bu cür sərt addımların atılmasının iki əsas səbəbi ola bilər.
Düşünmək olar ki, XRİT Dövlət Xidməti yetərincə güclənib, yeni rəhbərlik komanda qarşısına daha sərt tələblər qoyub.
Yəni, XRİTDX bildirmək istəyir ki, tövsiyələrini icra etməyənlərə, sayğısızlıq edənlərə qarşı əvvəlki qaydada hörmət, yumşaq münasibət olmayacaq.
Eyni zamanda , düşünmək olar ki, son zamanlar dünyada artan kiber təhdidlər də bu tip sərt addımlar üçün əsas olub.
Güman ki, XRİTDX hansısa dövlət resurslarını, dövlət məlumatlarını xaricdən ola biləcək kiber hücumla risk altına qoymaqdansa elə özü onu bloklamağa üstünlük verib.
Qanuna görə dövlət qurumları ictimai resurslara əlçatanlığı təmin etməlidir.
Bu baxımdan ümid edirəm həmin qurumlar tez bir zamanda problemi aradan qaldıra biıəcəklər.
İstənilən halda, inanıram ki, XRİTDX tərəfindən atılan bu addımlar ölkənin dövlət sektorunda kiber təhlükəsizliyin daha da gücləndirilməsinə xidmət edəcək.
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru