Mədət Quliyev yeni VƏZİFƏYƏ GƏTİRİLİR... - İDDİA

21-11-2023, 12:58           
Mədət Quliyev yeni VƏZİFƏYƏ GƏTİRİLİR... - İDDİA
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general – polkovnik Ramil Usubovun yaxın günlərdə vəzifəsindən alınacağı ilə bağlı qərar veriləcəyi gözlənilir. Bu barədə RealMedia.az-a bilgili mənbə məlumat verib.

Mənbənin iddiasına görə, Ramil Usubov səhhətində yaranmış problemlərdən dolayı işdən çıxması ilə bağlı Prezidentə ərizə ilə müraciət edib. Və bu üzdən də yaxın günlərdə Ramil Usubovun yüksək təntənə ilə yola salınacaq.

Mənbənin digər bir iddiasına görə, Azərbaycanın Təhlükəsizlik Şurasının yeni katibi Mədət Quliyev olacaq.
RealMedia.az qeyd edir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Mədət Qəzənfər oğlu Quliyev müdafiə sənayesi naziri postundan alınaraq, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin, yəni Ramil Usubovun müavini vəzifəsinə təyin edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.