Şəhərin mərkəzində, mərkəzə yaxın yerlərdə alış-veriş mərkəzləri, mağazalar, böyük ölçüdə məmurlara, onların ailə üzvlərinə məxsusdur
1-12-2023, 09:09
Azərbaycanda sistem elə qurulub ki, vətəndaşlar üçün sərfəli olan hər şeyə mane olmağa, işıq gələn yerləri qapatmağa çalışırlar, indi də məmurlara bağlı bəzi maraq qrupları ortalığa mövzu atıblar - vətəndaşların xaricdən sifarişləri üçün 300 dollarlıq limiti azaldılsın, vətəndaşlar üçün çox sərfəli olan online sifarişləri məhdudlaşdırsın. Zatən sifarişləri 1000 dollardan 300 dollara salmaqla sivil dünyada olan trendlərə qarşı gedilər, artıq dünyada bəzi ölkələrdə online ticarət ənənəvi satışların çox üzərinə çıxıb. Nə baş verir – şəhərin mərkəzində, mərkəzə yaxın yerlərdə alış-veriş mərkəzləri, mağazalar, böyük ölçüdə məmurlara, onların ailə üzvlərinə məxsusdur, onlar da həmin məkanları fantastik qiymətə icarəyə verirlər. Yəqin ki, onların icarədarları şikayət edirlər ki, hamınız səlahiyyət sahibisiniz, camaat xaricdən sifariş verir, bizim alverimiz ölür, sizin icarə haqqınızı verə bilmirik. Hakimi-mütləqlər də ortalığa mövzu atırlar ki, sifarişləri azaltsınlar, online ticarəti məhv etsinlər. Biabırçılıqdır, vətəndaşa sərfəli hər şeyi qarşı çıxırlar, vətəndaşlarımız da bunu görsün, qiymətləndirsin, seçkilərdə qərar verib belə yanaşmanı dəyişdirmək üçün fürsət yaratsın ki, bir qrupun deyil də, vətəndaşın maraqlarını üstün tutan sistem qura bilək... Natig Cəfərli Teref. Xocanın Blogu