Blinken NATO müttəfiqlərini əmin edir ki, ABŞ hələ də Ukraynaya dəstəyə sadiqdir

2-12-2023, 12:44           
Blinken NATO müttəfiqlərini əmin edir ki, ABŞ hələ də Ukraynaya dəstəyə sadiqdir
ABŞ Dövlət katibi Anton Blinken cümə axşamı İsrailə səfər edir. Orada o, atəşkəsi uzatmağa yardım etməyə çalışcaq ki, daha çox girov azad edilə və Qəzzaya daha çox yardım çatdırıla bilsin. Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündə Blinken müttəfiqləri Kyiv növbəti qış döyüşlərə hazırlaşdığı bir vaxtda ABŞ-ın Ukraynaya davamlı dəstəyinə inandırmağa çalışıb.

Rusiya Müdafiə Nazirliyi çərşənbə günü Rusiyanın döyüş təyyarələri və artilleriyasının Ukrayna hədəflərinə atəş açdığını göstərən video paylaşıb. Qış yaxınlaşdığı bir vaxtda, Rusiya qüvvələri Ukraynanın şərqində hücumları artırıb.

Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündə ABŞ dövlət katibi Blinken bəzilərində ABŞ və başqa NATO müttəfiqlərinin Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsindən iki il sonra Ukraynanın yanında olmağa davam etməli olub-olmadıqlarına dair sualların olduğunu etiraf edib.

“Ancaq bu gün burada, NATO-da cavab açıq və sarsılmazdır. Biz Ukraynanı dəstəkləməyə davam etməliyik və edəcəyik,” o deyib.

Blinken müttəfiqlərinin ABŞ Konqresindəki bəzi Respublikaçı qanunvericilərin Ukraynanı güclü hərbi yardımla təmin etməyə davam etməyə həvəssiz olmalarından narahat olan müttəfiqlərini əmin etməyə çalışıb. Nümayəndələr Palatasının spikeri Mayk Conson bu yaxınlarda Kyivi maliyyələşdirməyə olan ehtiyacdan danışıb. Blinken bunu “ruhlandırıcı” adlandırıb. Bir təhliçi Amerikanın Səsinə deyib ki, Ukrayna üçün əlavə maliyə ayırmaq Blinkenin əlində deyil.

“İcraedici qoldan olan dövlət katibi Blinkenin bu məsələdə edə biləcəyi çox şey yoxdur. Bu, qanunvericilik orqanının, hökumətin ikinci qolunun əlindədir və Respublikaçılar partiyası hazırda aralarındakı firkir ayrılıqlarını həll edir,” Amerika Katolik Universitetindən Maykl Kimmac bildirir.

Kimmac Amerikanın Səsinə deyib ki, Blinken İsrail-HƏMAS müharibəsi dövründə NATO və ATƏT görüşlərində iştirak etməklə güclü mesaj göndərir.

“Ortada belə bir ittiham və ya iddia var ki, ABŞ diqqətini Yaxın Şərqə yönəldib və Avropaya cəlb olmaq üçün daha az iş görür. Məncə dövlət katibi Blinken həm NATO həm də ATƏT görüşlərinə getməklə qətiyyətlə ABŞ-ın diqqətini Avropaya yönəltməyə davam etdiyini göstərməyə çalışır,” Mayk Kimmac deyib.

Blinken cümə axşamı və cümə günü danışıqlar üçün Yaxın Şərqə səfər edir. Bu, HƏMAS militant qrupu oktyabrın 7-də İsrailə hücum etməklə müharibənin başlamasına səbəb olandan bəri, onun regiona üçüncü səfəridir.

Blinken deyib ki, o, daha çox israilli girovun azad edilməsi və Qəzzada fələstinli mülki vətəndaşlara ehtiyacları olan daha çox humanitar yardımın çatdırılması üçün atəşkəsi uzatmaq üzərində işləyəcək. Blinken İsraili, İordan çayının qərb sahilində Ramallahı və Birləşmiş Ərəb Əmirliklərini ziyarət etməyi planlaşdırır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.