Prezident tapşırıq verdi - Əsgərlər üçün kondisioner quraşdırıldı

23-07-2016, 21:31           

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən isti yay günlərində şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə hərbi hissələr sərinləşdirici avadanlıqlar və vasitələrlə təchiz edilir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir tipli kondisionerlər quraşdırılıb.

Eyni zamanda şəxsi heyətin günəş şüalarından daldalanması üçün hərbi hissələrin ərazisində müvəqqəti kölgəliklər və su duşları quraşdırılıb, hərbi qulluqçular qablaşdırılmış içməli su ilə daim təmin olunurlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru