"Hazırda Azərbaycanla İran arasında münasibətlərdə renessans baş verir" - rusiyalı ekspert

6-12-2023, 19:33           
"Hazırda Azərbaycanla İran arasında münasibətlərdə renessans baş verir" - rusiyalı ekspert
Sabah Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi Tehranda Yaxın Şərq mövzusunu müzakirə edəcək.

Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın "Vedomosti" nəşri məlumat yayıb.

Məqalədə deyilir ki, Moskva və Tehran İsrailə münasibətdə fəqli mövqedədir.

Rusiyanın beynəlxalq işlər üzrə Şurasının eksperti Kirill Semyonov tərəflərin hansı məsələdə fikir ayrılığı ola biləcəyini izah edib.

Onun sözlərinə görə, Tehran hər şeydən öncə fələstinlilərin hüquqlarını müdafiə edir, bu zaman yəhudi dövlətinin mövcudluq hüququnu tanımır. Moskva isə məsələnin müzakirəsində İsrailin möqeyini nəzərə almağa çalışır.

Bu zaman "tərəflər Qəzzada tezliklə atəşkəsə nail olunması ilə bağlı ümumi növqeyə malikdir", - ekspert qeyd edib.

Danışıqların daha bir ehtimal edilən mövzusu Cənubi Qafqazda vəziyyət, o cümlədən Ermənistanla Fransanın müdafiə sahəsində əməkdaşlığının dərinləşməsi olacaq.

Semyonov xatırladıb ki, dekabrın 3-də Fransa parlamenti Ermənistana "Caesar" özüyeriyən artilleriya qurğularının tədarükü məsələsinə hökumətin baxmasını tövsiyə edib.

Bundan öncə, oktyabr ayında Fransa və Ermənistan müdafiə nazirləri İrəvana üç ədəd "GM200" radarı və "Mistral 3" zenit raket komplekslərinin tədarükü haqqınsa saziş imzalayıb.

Paris həmçinin daha 50 ədəd Fransa istehsalı olan "Bastion" zirehli maşınlarının tədarükünü vəd edib.

Semyonov hesab edir ki, Ermənistanın xarici siyasət istiqamətinin Qərbə doğru dəyişməsi İranı narahat edir.

Bu, Tehranı Cənubi Qafqaz regionunda xarici siyasətini balanslaşdırmağa və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa sövq edə bilər.

"Hazırda Azərbaycanla İran arasında münasibətlərin bir növ renessansı baş verir. İstisna deyil ki, Ermənistanın xarici siyasət istiqamətinin dəyişməsi buna kömək edib", - ekspert vurğulayıb.

Qeyd edək ki, son zamanlar Rusiya-Ermənistan münasibətləri özünün ən pis dövrünü yaşamaqdadır.

2023-cü ilin sentyabrında Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib ki, Rusiya tərəfi Ermənistan hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin təsdiq edilməsi üçün parlamentə göndərmək qərarı ilə bağlı Ermənistandan izahat istəyib.

2023-cü ilin sentyabrında Ermənistan özünün KTMT-dəki daimi və səlahiyyətli səfiri Viktor Biyaqovu geri çağırıb. Bu barədə müvafiq fərman baş nazir Nikol Paşinyanın təqdimatı ilə ölkə prezidenti Vaaqn Xaçaturyan imzalanıb.

Noyabr ayında İrəvanda KTMT sammitində Paşinyan yekun bəyannaməsini imzalamaqdan imtina edib.

Bu zaman sənəddə, guya, "Azərbaycanın təcavüzünün dəqiq dəyərləndirilməsi" olmadığına istinad edib. Sonradan Ermənistan 2023-cü ildə KTMT-nin ölkədə keçiriləcək təlimlərini ləğv edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.