Bu millətin qəsdinə durmusuz? TƏBİB,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sizdən açıqlama gözləyirik!

9-12-2023, 17:18           
Bu millətin qəsdinə durmusuz? TƏBİB,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sizdən açıqlama gözləyirik!
"Bu qədər məsuliyyətsizlik, özbaşınalıq olmaz!!
Şəhid Rahim Tağıyevin övladı gənc qızımız Ülkər Tağızadə iki həftə əvvəl Hepatit A diaqnozu ilə Mingəçevirdən Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin infeksion xəstələr şöbəsinə yerləşdirilib. Lakin ən böyük dərd bundan sonra başlayıb...Övladımız Hepatit A xəstəliyindən saöalsa da, evə qızılca xəstəliyi ilə birgə gedibmiş...Deməli bu klinikanın yalnız bir mərtəbəsi hər cür infeksion xəstələrlə doludur.Birindən sağalsan da, digərini klinikada yoluxursan...
övladımız klinikadan evə yazılan gündən qızılca xəstəliyi ilə mübarizə aparır və ən pisi odur ku, evdə yenicə ağır tibbi əməliyyatdan çıxmış qardaşı var. Onu necə müdafiə edəcəyimizi bilmirik...Şəhid xanımı nə etməli?! Bu necə səhiyyə sistemidir?
Bu millətin qəsdinə durmusuz?
TƏBİB,İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Sizdən açıqlama gözləyirik! Səhiyyə sistemi sağaltmalıdır, insanlarımızın sağlamlığı ilə oynamalı deyil..
Sevinc Orucova-“Zəfər” İB-nin sədri"
Qeyd: Sevinc xanım aprel şəhidi cəsur komandir, kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı dır!
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru