Düşmənçiliyin təzahürüdür? Bu kimin ağıllı məsləhəti" ilədir?

11-12-2023, 19:44           
Düşmənçiliyin təzahürüdür? Bu kimin ağıllı məsləhəti" ilədir?
30 il - Az zaman deyil! Biz yurdundan qovulmuş köçkünlər, bu 30 ildə boynubükük , kədərlə keçirdiyimiz hər günümüzdə o yurdumuzun xiffətini yaşadıq!
, "Xeyir iş " məclislərini, el şənliklərini, bayramları yurdumuzda qeyd etməyi həsrətlə gözlədik!
Hətta işğalda qalan dogmalarımızın qəbirlərini ziyarət etməyə əlimiz çatmayanda, tanımadığınız birinin qəbrinin üstünə gedib qəbri uzaqlarda qalmış dogmalarımizın orda ağladıq. Gözümüzün yaşi tanımadığımız , yad qəbirə damcı - damcı süzüləndə ürəyimizdə Allaha yalvarırdı: Gun gəlsin, yenə o yerlərə dönək! Əzizlərimizin qəbirlərinə qovuşaq,!30 illik həsrətin acısını sellə dönən göz yaşlarımızla çıxaraq Allahım! Bizi vətən nisgili ilə öldürmə, öldürmə ki, o dogmamin qəbrinə gedib, o məzarı qucaqlaya bilim..
30 ildə qol qaldırıb yarikönül oynadığımız dogmamizin toyunda ailəyə xoşbəxtlik diləməişdən əvvəl, "gün o gün olsun, toylarımız yurdumuzda çalınsın", demisdik.
Tək toyda yox haaa, birinin övladı olur, gözaydınlığına gedirdik, ilk kəlməmiz " atalı-analı böyüsün, sağlam olsun" əvəzinə, "inşallah addımlarını doğma el- obasında atsın" deyirdik...
Bir ildə necə bayram var? Təxminən 5-6! Hamısında bir- birimizə" bayramın mübarək " əvəzinə " bayramı öz doğma elində, öz evində, yurdunda keçirəsən, inşallah!" deyirdik.
Bəli, vətənindən məcbur qovulan biz biçarə köçkünlər 30 il bax belə, arzularla, xəyallarla, həsrətlə, nisgillə özümüzü ovutduq!
Artıq 4- cu ildir ki, şəhidlərimizin, qanı, qazilərimizin saglamliqı, veteranlarımizin əziyyəti hesabına torpaqlarımız azadlığına qovuşub. Bir milyon köçkünün cəmi 3-5 mini vətənlərinə dönə bilib. Əvvəlki nisgil də durur, həsrət də, göz yaşı da qalır! Zatən Şuşada ilk inşası başlanan otel olanda ariflər "barmağını disləmisdi" Qoç ət" restoranınin, BRAVO, ARAZ marketlərin açılış mərasimləri keçiriləndə, Şuşaliların yurduna, hazır evinə qayıtmaq ixtiyari olmayanda nələr olacağı da məlum idi. Qazilərin Şuşadaki festivala buraxılmaq biabırçılıgı kimi bir şey.. Girişi 2 manat olan qənimətlər parkı , sonra da Şuşaya "turpaket" biabırçılığı.. Oğullarını Şuşa üçün qurban vermiş, şikəstliyini qəbul etmiş Azərbaycan xalqına 2 günlük tur üçün 215 manat, 3 günlük üçün 370 manat pul qoparmaq..
Bəli bunlar daha böyük biabırçılığın siqnalları idi.
Şuşada Yeni il şənliyi -2 günə 4 nəfərdən ibarət ailənin şənlik keçirməsi üçün 15 min manat pula pul deməyən oliqarxların şənliyi məni təəccübləndirmədi! Niyə də təəccübləndim ki? Artıq mənə bəllidir ki kasıb təbəqə ölmək üçündür, köçkünlər kimi həyatını nisgilə, həsrətə buruyub keçirən , yarımçıq ömürlü, sürünə sürünə , min bir əzabla, ya uçuq sökük evlərdə uşaq pulu olmadan, bir qarnı ac bir qarnı tox böyüyüb vətən üçün həyatında keçən şəhidlər kimi gəncliyi. , arzuları yarım qalmışlar kimi, 3 iləvvəl düşmənlə döyüşə igid kimi, gedib , cəngavər kimi döyüşüb, şikəst kimi dönən canlı şəhidlər- qazilər kimi hər gün ölüm arzulayan, düzəni, psixologiyası dəyişmiş, gənckən qocalmış, bütün diləkləri 80 manata bağlı olan gələcəyi qaranlıq olan veteranlar kimi , 4 il ali məktəb təhsili alıb, külli miqdarda ödəniş edib diplom alıb, hazırda fəhləliyi ilə həyatına nifrət edən tələbələr kimi...
Sizə, bayram şənliyi lazım deyil.. Lazım gələndə ölməyiniz yetər! Zatən kasıblar üçün deyil 2 nəfərə 2 gün üçün 2500- 3500 xərc çəkib bayram etmək, siz bayram edənlərə baxıb sevinişin bu sizə yetər!
düşmənçiliyin təzahürüdür? Bu kimin ağıllı məsləhəti" ilədir?
Əntiqə Rəşid Aslan
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.