Yunanıstan Fransa və Hindistan yolu gedir?

24-12-2023, 11:34           
Yunanıstan Fransa və Hindistan yolu gedir?
Yunanıstan Fransa və Hindistan kimi Ermənistana silah və hərbi texnika sata bilərmi? Afina Paris və Dehli kimi hələ ki, Ermənistana hərbi texnika göndərməyib. Bunun sadə səbəbi odur ki, Yunanıstan Azərbaycandan qaz alır və bu sahədəki əməkdaşlığı risqə atmaq istəmir. Buna baxmayaraq, Yunanıstan Kipr Yunan Respublikası ilə birgə Ermənistanla üçlü formatda dialoqunu gücləndirib. Bu dialoq Azərbaycan-Türkiyə ittifaqına qarşıdır. Yunanıstanın hərbi sənayesi Fransa və Hindistandakı qədər inkişaf etməsə də, bu ölkənin silah istehsal edən yüzlərlə müəssisəsi var. İrəvanın Fransa və Hindistanla yanaşı Yunanıstandan da hərbi texnika almaq istəyini istisna etmək olmaz. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyində Yunanıstan və Kip nümayəndələri arasında hərbi əməkdaşlıq haqqında sazişlər imzalanıb. 3 ölkə arasında müdafiə sahəsində məsləhətləşmələr keçirilib, birgə əməkdaşlıq sahəsində proqramlara imza atılıb. Proqrama müvafiq olaraq tərəflər müdafiə sahəsində onlarla tədbir keçirəcək. Rəsmi Bakı indidən Yunanıstanın Fransa və Hindistanın səhvini təkrarlamamasıyla bağlı diplomatik kanallarla Afinaya çağırış etməlidir.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.