Kəklikotu SATIŞDAN ÇIXARILDI

Bu gün, 07:44           
Kəklikotu SATIŞDAN ÇIXARILDI
Fransada fəaliyyət göstərən məşhur Carrefour marketlər şəbəkəsinin satışa təqdim etdiyi kəklikotu məhsulunda insan sağlamlığına təhlükə yarada biləcək pestisid qalıqları aşkarlanıb. Nəticədə məhsul dərhal satışdan yığışdırılıb və istehlakçılara geri qaytarılması üçün çağırış edilib.

Fransız Ərzaq Təhlükəsizliyi portalı RappelConso-nun rəsmi açıqlamasında bildirilib ki, "Carrefour Classic Kekik – 18 qram" məhsulunda müəyyən edilmiş pestisid miqdarı normadan artıqdır və insan sağlamlığı üçün zərərli ola bilər.

Geri çağırılma ilə bağlı detallar

Satışdan yığışdırılan məhsulun GTIN nömrəsi 3560070972108, partiya nömrəsi 250920707, son istifadə tarixi isə 27 fevral 2026-dır. Geri çağırılma prosesi 12 iyul 2025 tarixindən etibarən başlanıb.

Məhsulu istifadə etməyən istehlakçılara məhsulu geri qaytarmaq, istifadə etmiş şəxslərə isə hər hansı simptom hiss etdikləri təqdirdə həkimə müraciət etmək tövsiyə olunur. Carrefour mağazaları məhsulu qaytaranlara pul iadesi edir.

Təhlükə yalnız Fransa ilə məhdudlaşmırCarrefour markası Türkiyə də daxil olmaqla bir çox ölkədə fəaliyyət göstərdiyi üçün mütəxəssislər oxşar məhsulların digər bazarlarda da ola biləcəyinə diqqət çəkir. Bu səbəbdən istehlakçılara məhsul etiketlərini diqqətlə yoxlamaq və şübhəli hallarda məhsulu istifadə etməmək tövsiyə olunur.

Uzmanlara görə, bu cür hallar yalnız yerli bazarlarda deyil, qlobal ərzaq təhlükəsizliyi sahəsində də ciddi nəticələr doğura bilər. \\News24.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru