“BİZ QALİB GƏLMƏYƏCƏYİK” - “HƏMAS liderləri axmaq deyillər və...”

25-12-2023, 19:06           
“BİZ QALİB GƏLMƏYƏCƏYİK” -
“HƏMAS-ın Qəzza zolağında olmasını istəməyənlər indi onu Fələstin Administrasiyasında görəcəklər”

“İsrailin beynəlxalq nüfuzu ən aşağı həddə çatıb və müharibə israilliləri xaricdə “izqoya” çevirib”

Oktyabrın 7-də HƏMAS-ın qəfil hücumundan sonra başlayan İsrail-Fələstin münaqişəsinin yeni raundu yaxın gələcəkdə həll ediləcək kimi görünmür. Əksinə, münaqişənin bütövlükdə regiona yayılması ehtimalı artır.

“AzPolitika.info” xəbər verir ki, İsrailin “Haaretz” nəşri İsrail dövlətinin Qəzzada düşdüyü durumu və ümumilikdə bu müharibənin mümkün perspektivini təhlil edən maraqlı məqalə dərc edib.

Həmin yazını müəyyən ixtisarlarla təqdim edirik: “Biz qalib gəlməyəcəyik. Əməliyyatların hər növbəti günü yalnız uğursuzluqları artırır. Bu dəhşətli müharibə başa çatdıqda, İsrail HƏMAS-ın hücumundan dərhal sonra olduğundan daha pis vəziyyətə düşəcək. Bəs bu uğursuzluq yaxşı nəyəsə gətirib çıxara bilərmi? Bəlkə o, İsrail-Fələstin münaqişəsinin sonunu gətirə bilər?

Oktyabrın 16-da Hərbi Nazirlər Kabineti müharibənin məqsədlərini açıqladı:

-Qəzza zolağında HƏMAS-ın hakimiyyətinə son qoymaq və onun hərbi imkanlarını məhv etmək;

-Qəzza zolağından İsrailə qarşı terror təhlükəsini aradan qaldırmaq;

- girov problemini həll etmək və İsrail sərhədlərini və vətəndaşlarını qorumaq üçün hər cür səy göstərmək.

Müharibə bitəndə biz bu məqsədlərin heç birinə nail olmayacağıq. Rəy sorğuları indi göstərir ki, Qəzza zolağındakı hərəkətlərimiz HƏMAS-ın təkcə Qəzza zolağında deyil, həm də İordan çayının qərb sahilindəki fələstinlilər arasında statusunu gücləndirir. HƏMAS-ın Qəzza zolağında olmasını istəməyənlər indi onu Fələstin Administrasiyasında görəcəklər.

Girovlara gəlincə, onların yalnız yarısından azı azad edilib və hər gün əlavə döyüşlər əsirlikdə qalanların əksəriyyətinin həyatını riskə atır. Əgər onların azad edilməsi ilə bağlı razılıq əldə olunarsa, biz nəinki İsraildə saxlanılan bütün fələstinliləri, o cümlədən əlləri qana bulaşanları da azad etməli, qoşunlarımızı geri çəkməli və müharibəni dayandırmağı öhdəmizə götürməli olacağıq.

HƏMAS liderləri axmaq deyillər və onlar daha azı ilə kifayətlənməyəcəklər. Bu sövdələşməyə sponsorluq edən dostlarımız İsrailin daha sonra hücumlarını bərpa etməyəcəyinə dair zəmanət verməli olacaqlar...

İsrailin beynəlxalq nüfuzu artıq heç vaxt olmadığı qədər ən aşağı həddə çatıb. Bu, təkcə onun dostları, xüsusən də ABŞ ilə əlaqələrini deyil, həm də bütün dünyadakı yəhudi icmalarını təhlükə altına alıb və israilliləri xaricdə “izqoya” çevirib. Regiondakı digər ölkələr arasında da mövqelərimiz kəskin şəkildə pisləşib.

Bununla belə, on minlərlə fələstinlinin öldürüldüyünü və yaralandığını, dəhşətli ölçülərə çatan maddi və humanitar dağıntıları nəzərə alaraq, İsraili Qəzza zolağında müharibəni tezliklə dayandırmağa məcbur edəcək sülhün məsələnin həllinə imkan verəcəyini təsəvvür etmək çətindir...

İsrail fələstinlilərin suveren, müstəqil dövlət hüququnu tanımağa, eləcə də BMT-nin qətnamələri və Səudiyyə Ərəbistanının sülh təşəbbüsü əsasında münaqişəni dayandırmaq üçün fələstinlilərin seçdikləri istənilən rəhbərliklə danışıqlar aparmağa məcbur olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.