Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

13-02-2024, 13:08           
Nokia bizdə modem satır, Ermənistanda 5G qurur
Son zamanlar bir çox qlobal texnoloji şirkətlər Ermənistanla ciddi işbirliyi qurub.
Ötən həftə isə Ermənistanın Ucom mobil operatoru Nokia şirkəti ilə müqavilə bağlayıb.
Müqavilə Ermənistanda 5G mobil şəbəkəsinin quraşdırılmasını nəzərdə tutur.
Xatırladıram ki, Ermənistanın iki mobil operatoru ötən ildən 5G lisenziyası alıb və hazırda bu ölkənin müxtəlif ərazilərində 5G şəbəkəsi qururlar.
Yeri gəlmişkən, Aztelekom və Baktelekom da Nokia ilə əməkdaşlıq edirlər.
Bildiyim qədər yalnız Nokia-ya məxsus bahalı modemlərin şəbəkədə istifadə edilməsi ilə bağlı , əslində antiinhisar qanunvericiliyə zidd olan müqavilələri də var.
Azərbaycan 5G texnilogiyalarının tətbiqi sahəsində region ölkələrindən xeyli geridədir.
Uzun müddət ölkəmizdə 5G üçün gərəkli olan tezliklər digər qurumlar tərəfindən istifadə edilirdi.
Yalnız 2 il öncə RİNN bu sahədə dönüş yaratmağa başlayıb. Dövlət Radiotezliklər İdarəsi bununla bağlı konseptual sənəd hazırlayıb.
Ötən il nəhayət ki, DRİ və İKTA 5G ilə bağlı İşçi Qrup yaratdılar, 5G tezliklərini istismar edən digər qurumlardan alınması, onlara kompensasiya ödənilməsi üçün hüquqi əsasların yaradılması istiqamətində ciddi addımlar atdılar. Lakin hələlik proses yenidən donub.
Görünən odur ki, bizim mobil operatorlar 5G üçün tələsmirlər. Heç bir açıqlamaları da yoxdur.
Dövlət şirkəti olaraq da Azercell üçün görünür ki , innovasiyalar elə də önəmli deyil.
Düşünürəm ki, RİNN-nin İKTA tənzimləyici qurumu sektorda rəqabətli mühitin, innovasiyalatın inkişafı üçün, Azərbaycanın rəqabətə davamlı texnoloji infrastrukturunun qurulması üçün səylərini gücləndirməlidir.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.