Farahim Ilqaroglu Gasimov anasının faciəli ölümü ilə bağlı hüququ mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi.. TƏFƏRRÜAT/VİDEO

19-03-2024, 09:23           
Farahim Ilqaroglu Gasimov anasının faciəli ölümü ilə bağlı hüququ mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi.. TƏFƏRRÜAT/VİDEO
TEREF jurnalist Farahim Ilqaroglu Gasimovun anasının faciəli ölümünün təfərrüatı ilə bağlı paylaşdığı statusu təqdim edir:
"Farahim Ilqaroglu Gasimov
4 ч. ·
Anamın qatili!!!
Anam Bahar Qasimova bu gün "Istanbul NS Klinikasi Baku" dan sistem köçürülməsi üçün Stimul Hospital a gedib. Getməmişdən anamla danışmışdım. Vəziyyəti yaxşı idi, heç bir problemi yox idi. SH-a gedərkən, tibb bacısı Mələk Abbasovaya (ya da Məleykə, adını tam xatırlamıram) deyib ki, qızım, qızdırmam var. Bəlkə dərman verəsiz, qızdırmam düşsün, sonra sistemi qəbul edim. Tibb bacısı deyib ki, narahat olmayın, keçib gedəcək. Tibb bacısı iynəni damarına salan kimi damarı partlayıb, anam şoka düşüb. Həmin an heç bir müdaxilə edilməyib, sistemi çıxarıb, gözləyiblər. Anam keçinəndən sonra həkim İlham Hüseynə xəbər verilib. Anamı ağ parçaya büküblər. Həmin vaxt hospitalın dəhlizində gözləyən atama, bacıma və qonşuma deyiblər ki, xəstənin vəziyyəti ağırdır, aparata qoşmuşuq (Video şərhdə). Qonşum deyir ki, heç bir aparata qoşmamışdılar. Həmin vaxt sadəcə vaxt qazanmaq üçün bizim başımızı qatırdılar. Üstəlik ananı görmək istəyəndə, bizi hətta xəstəxanadan çölə çıxardılar.
İ.Hüseyn atama deyib ki, xanımız keçinib, təcili yardımla evə göndərək. Sonra təcili yardıma zəng vurun, gəlib ölümü təsdiqləsinlər, sizə kağız versinlər. Həkim bu yolla məsuliyyətdən yayınmaq istəyib. Bütün bu işləri planlayan həkim mənimlə telefonda danışığında dedi ki, mən hospitala indi gəlmişəm, heç nədən xəbərim yoxdur. Mənimlə danışığından əvvəl xəstəxanada çəkilən video bir daha təsdiq edir ki, İ.Hüseyn hospitalda olub.
Prokurorluğun Kamran adlı əməkdaşı mənimlə telefonda danışığında dedi ki, məsələ araşdırılacaq, narahat olmayın.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi , Azərbaycan Respublikasının Baş Prokurorluğu TƏBİB Elşad Hacıyev , sizdən xahiş edirəm, hadisə düzgün araşdırılsın.
"
0:32 / 1:41












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.