Rusiyalı fəallar Putinin terror hücumundan hakimiyyətini gücləndirmək üçün istifadə edəcəyi ilə bağlı xəbərdarlıq edir
27-03-2024, 09:54
Rusiyalı fəallar xəbərdarlıq edir ki, Rusiya prezidenti Vladimir Putin Moskva yaxınlığındakı konsert zalında törədilən ölümcül terror aktından hakimiyyətini gücləndirmək və cəmiyyəti daha da sıxışdırmaq üçün istifadə edəcək.
Hüquq müdafiəçisi və siyasi məhbus Vladimir Kara-Murzanın həyat yoldaşı Evgeniya Kara-Murza “Bu rejimin terrordan necə istifadə etməsi məni həqiqətən qorxudur” deyib.
Cenevrədə mətbuat konfransında jurnalistlərə müraciət edərək Putinin cümə günü baş verən dəhşətli hadisədən "qonşularımıza qarşı yeni təcavüzlərə başlamaq üçün" istifadə edəcəyi barədə xəbərdarlıq edib.
“Əlbəttə ki, terrorçuların Ukrayna sərhədi yaxınlığında tutulması bunun təxribat olub-olmadığı və ya terror aktından belə istifadə edilib-edilməməsi ilə bağlı bir çox suallar doğurur”, o deyib.
Ən azı 137 nəfərin ölümü və 182 nəfərin yaralanması ilə nəticələnən hücumun məsuliyyətini İslam Dövləti qruplaşması üzərinə götürsə də, Kreml heç bir sübut olmadan hücumu Ukrayna ilə əlaqələndirməyə çalışır.
1999-cu ildə Çeçenistan müharibəsi və 2004-cü ildə Beslan məktəb qətliamından sonra baş vermiş əvvəlki hücumlarla bağlı heç bir araşdırma aparılmadığını deyən Kara-Murza Putinin hücumu araşdıracağına şübhə etdiyini bildirib.
Rusiya müxalifətinin lideri Aleksey Navalnının keçmiş köməkçisi Leonid Velexov “Azad Avropa/Azadlıq” radiosuna Beslan hücumu ilə bağlı reportajında bildirib ki, rəsmi araşdırma “federal hakimiyyətin və ya yerli komandanlıq mərkəzinin məsuliyyət məsələsinə məhəl qoymayıb.
Kara-Murza həmçinin deyib ki, cümə günü konsert salonuna hücumdan sonra Putin rejiminin üzvlərinin ölüm hökmünü geri qaytarmaq çağırışlarından qorxub.
“Əgər edam cəzası bərpa olunsa, ilk növbədə terrorizmdə ittiham olunan şəxslərə qarşı tətbiq olunacaq” - deyə, o qeyd edib.
Kara-Murza iyulun 29-dan avqust ayının 2-dək Rusiyada və Rusiyanın işğalı altında olan Krımda Rusiya hərbi çağırış məntəqələrinə qarşı 28 yanğın cəhdinə toxunaraq, “Bu gün Rusiyada terrorizmdə ittiham olunanlar arasında fəallar və ya sadə vətəndaşlar yer alır” deyib.
Kara-Murza bildirib ki, siyasi məhbusların həyatı risk altındadır və o, vətənə xəyanətdə ittiham olunaraq 25 il həbs cəzası çəkən və ittihamları rədd edən əri üçün qorxur.
2022-ci ildə Nobel Sülh Mükafatını qazanan “Memorial” insan haqları mərkəzinin siyasi məhbuslara dəstək proqramının rəhbəri Sergey Davidis konsert salonundakı terror aksiyasında ittiham olunan 4 nəfərin şəkillərində şiddətli döyülmə əlamətlərinin olduğunu bildirib. O qeyd edib ki, Rusiyada terrorizmdə və digər cinayətlərdə ittiham olunanlara kütləvi işgəncə verilməsi adi haldır. Lakin bu dəfə fərqli olan odur ki, ilk dəfə olaraq bu işgəncə praktikası “ictimailəşdirilib”.
Davidis cəsarətlənən Rusiyanın siyasi məhbusların hər gün məruz qaldığı çətinlikləri və qəddarlıq səviyyəsini artıracağından narahatlığını ifadə edib.
Memorialın məlumatına görə, Rusiyada 700-ə yaxın insan öz insan hüquq və azadlıqlarından istifadə etdiyinə görə həbsdədir; Onların arasında ən azı 250 nəfər müharibə əleyhinə mövqe tutduqları üçün dəmir barmaqlılar arxasındadır.