ÇİP SAVAŞI - Kiçik yarımkeçirici çiplər bugünkü güc mübarizəsinin mərkəzinə çevrilib.

2-04-2024, 09:44           
ÇİP SAVAŞI - Kiçik yarımkeçirici çiplər bugünkü güc mübarizəsinin mərkəzinə çevrilib.
Bu mübarizənin çox yaxında savaşlara belə yol açacağı ehtimal daxilindədir.
Güclü dövlətlər bir tərəfdən çip istehsalçılarına subsidiyalar verir, daha güçlü olanlar isə rəqibləri bu sahədən kənarda saxlamağa çalışırlar. Çünki…
Çip sənayesinə hakim olanlar sözün əsl mənasında dünyaya hakim olacaqlar. Çip dünyasını anlamadan bugünkü Dünyanı, beynəlxalq münasibətləri anlamaq mümkün deyil.
Məhz elə buna görə də Kris Millerin “Çip Savaşı: Dünyanın Ən Kritik Texnologiyası Uğrunda Mübarizə” (Chris Miller, Chip War: The Fight for the World’s Most Critical Technology, 2022) kitabı aparıcı ölkələrdə ən çox satılanlar siyahısındadır.
Kris Miller kitabında dünyanın ən kritik resursu kimi ortaya çıxan mikroçip texnologiyasına nəzarət uğrunda ABŞ və Çinin arasındaki mübarizəyə xüsusi yer ayırıb. Müəllifə görə artıq mikroçiplər müasir dünyanın neftı və ya qazı kimi qəbul edilir.
Bu gün hərbi, iqtisadi və geosiyasi güc kompüter çipləri üzərində qurulub. Raketlərdən mikrodalğalı sobalara, smartfonlardan ən mürəkkəb cihazlar çiplərlə işləyir. Amerika dünyanın ən sürətli çiplərini quraşdırıb istehsal etdikdən sonra bu sahədə supergüc olduğunu qorumuş oldu. Ancaq bu gün Tayvan, Koreya, xüsusilə də Çin yavaş-tavaş Amerikanı zəiflədir. zəiflədilir. Çin ABŞ-a çatıb onu keçmək üçün yeni bir çip yaratmaq üçün milyardlar xərcləyir.
Millerin kitabında yarımkeçiricilərin inkişafı və onların siyasətə təsirləri xronoloji şəkildə təsvir edilir: İstehsalın ABŞ-dan Asiyaya necə dəyişdiyi, Çinin yüksəlişi və Amerikanın reaksiyası kimi mövzular yer alır...
Çiplər hər gün daha da kiçik olur. Onlar bakteriya, virus səviyyəsindədirlər və kiçilməyə davam edirlər. İnkişaf göz qamaşdırır – Çiplər kiçilir, sürətləri artır, onların tətbiq sahələri proqnozlardan kənara çıxır. Çiplər həyatımızı ələ kemirirlər, həyatımızı idarə etmək istəyənlər çip sənayesini rəqiblərinin üzünə bağlamağanın təlaşındadırlar...
Millerin kitabı öyrədici olduğu qədər də əyləncəlidir. Maraqlı mövzu, oxuması zövqlü, gözəl yazı üslubu...
Bu günün qlobal siyasətini anlamaq üçün oxunması lazım olan kitablardan biri...
Ümid edirəm ki, bu kitab bizdə də oxunacaq…
Frankfurt, 01.04.24.
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.