Ombudsman mina terroru ilə bağlı bəyanat yayıb

3-04-2024, 11:00           
Ombudsman mina terroru ilə bağlı bəyanat yayıb
Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ermənistanın otuz illik işğal dövründə torpaqlarımızda basdırdığı minalar insanların həyatına və sağlamlığına təhlükə yaratmaqda davam edir: "Növbəti mina terroru nəticəsində dörd nəfər mülki şəxs yaralanıb.

Ümumilikdə İkinci Qarabağ müharibəsindən bu günədək 350 nəfər minadan zərər çəkib.

Beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna səssiz qalmamalı, dəqiq mina xəritələrinin Azərbaycana təqdim edilməsi üçün bu ölkəyə ciddi təzyiq göstərməlidir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru