Hüquq müdafiəçiləri əfv üçün 38 məhbusdan ibarət siyahı təqdim ediblər

5-04-2024, 07:54           
Hüquq müdafiəçiləri əfv üçün 38 məhbusdan ibarət siyahı təqdim ediblər
Bakı İnsan Hüquqları Klubu (BİHK) gözlənilən əfv aktı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə və Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyevə müraciət edib.

Əfv Müstəqillik Günü – 28 May ərəfəsində gözlənilir, bu barədə Turan-a BİHK rəhbəri Rəsul Cəfərov bildirib.

Onun sözlərinə görə, siyahıda 38 nəfərin adı var. Bu, 2016-2018-ci illərdə həbs olunmuş və işgəncələrə və əsassızz həbsə məruz qalmış “Tərtər İşi”nin fiqurantlarıdır.

Bundan başqa, siyahıda “Gəncə işi” (2018-ci il) və “Tovuz işi” (2019-ci il) üzrə həbs olunmuş dindarlar, habelə müxalifət nümayəndələri və ömürlük həbs cəzası çəkən dörd nəfərdir (üçü “XTPD işi” (1995) üzrə həbs olunanlar).

Son aylarda həbs olunmuş Abzas Media, Toplum TV və Kanal-13-ün jurnalistlərinə gəlincə, onlar hələlik istintaq altında olduqlarına, əfv isə artıq mühakimə olunmuş şəxslərə aid olduğuna görə siyahıda onların adları yoxdur.

Xatırladaq ki, aprelin 3-də prezident yanında Əfv Məsələləri Komissiyası işini bərpa edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru