Cənubi Qafqaza üç ölkə çoxdur...- Səxavət Məmməd yazır...

5-04-2024, 07:28           
Cənubi Qafqaza üç ölkə çoxdur...-
Yazırdım ki, elə bir vaxt gələcək, balanslı siyasət aparmaq olmayacaq və tərəfini seçmək məcburiyyətində qalacaqsan. İndi onu yaşayırıq.
Sabah Ermənistan, Aİ və ABŞ görüşü keçiriləcək. Bu siyasi baxımdan Cənubi Qafqazın rəsmən bölünməsi demək olacaq. Blinken, Aİ rəsmiləri deyir ki, görüş Ermənistanın sırf iqtisadi təhlükəsizliklə bağlıdır. Sual yaranır, digər təhlükəsizlik məsələlərinə qarantiya alınmadan iqtisadi əməkdaşlıq olar? Ermənistan hərbi, siyasi baxımdan təhlükədə olacaq və Qərb ora yatırım edəcək. Bunlar kimi dolayır?
Regiona vahid bir məkan kimi bax, ancaq Azərbaycan və Gürcüstanı kənarda saxla? Azərbaycanla Rusiyanın yaxınlaşmasının səbəbkarı da Qərb oldu. Gedən proseslərə baxın, verdikləri bütün qərarlar, atdıqları bütün addımlar Azərbaycanı Rusiyaya doğru itələdi. Burda Türkiyə amili də böyük rol oynadı.
Naxçıvan istiqamətindəki hərəkətlilik də Türkiyəyə görə idi. Şuşa bəyannaməsi deyənlər olacaq. Bəyannaməni oxuyanlar bilir ki, birinci cümlə Qars müqaviləsinə sadiqliklə başlayır. Dolayısı ilə bu oyunu kimlər qurubsa, Türkiyəni də işin içinə çəkmək istədilər. Faktiki olaraq sahədə Ermənistan - arxasında ABŞ, Aİ, Azərbaycan - arxasında Rusiya və Türkiyə var.
Baş verənlər onu göstərir ki, gərginlik artan xətlə davam edəcək. Hər iki tərəfin ordularında hərəkətlənmə var. Bu cür hərəkətlənmənin sonu minimum lokal, yaxud mövqe döyüşləri, maksimum isə kapitulyasiyaya gətirəcək əməliyyatla nəticələnə bilər. Azərbaycana böyük ehtimalla sanksiya tətbiq ediləcək. Sanksiyanı yarmaq üçün isə Avroasiya iqtisadi birliyi çıxış yolu olacaq. Ola bilməz dünyada bu qədər qaynar nöqtələr aktiv fazada olsun, Cənubi Qafqaz "yatsın". Yeri gəlmişkən Gürcüstan da Qərbdən (Almaniya) bir neçə zərbə alıb. Xüsusilə bank sektorunda.
Deyirdik, iradə nümayiş etdirilsə sülh bağlana bilər. Deyir, susmaq qızıldır, ancaq baxır hansı zərgər yanında. Rusiya, ABŞ, Aİ qarşısında nə qədər iradə? Qınamaq da olmur.
Cənubi Qafqaza üç ölkə çoxdur...
Səxavət Məmməd
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.