Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib - FOTO

5-04-2024, 08:10           
Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib - FOTO
Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi “X” sosial şəbəkəsində bildirib.

“Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz xatirəsini yad edirik. 2007-ci ildə Prezident İlham Əliyev Rza Cavadxanini Prezident sarayında qəbul edib. O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və Azərbaycanda bütün sahələrdə böyük inkişafın şahidi olduğunu qeyd edib. Səfir Xəzər İbrahim və səfirliyimizin əməkdaşları adından onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Qəbri nurla dolsun”, - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Rza Cavadxani ABŞ-də yaşayırdı. Onun iki qardaşı ABŞ-də, biri Malayziyada, iki qardaşı və bir bacısı isə İranda yaşayırlar. Cavad xanın nəslinin nümayəndəsi həm də Azərbaycan vətəndaşı idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru