ABŞ-da vəzifə tutan azərbaycanlı xanımın həbsi xəbəri yalandır - ASLAN İSMAYILOV

6-04-2024, 10:34           
ABŞ-da vəzifə tutan azərbaycanlı xanımın həbsi xəbəri yalandır - ASLAN İSMAYILOV
Sosial şəbəkələrdə ABŞ yaşayan və Nyu- York meriyasında məsul vəzifə tutan həmyerlimiz Rəna Abbasovanın həbs olunması ilə bağlı xəbərlər yayılıb.

Rəna Abbasovanı tanıyan vəkil Aslan İsmayılov Gununsesi.info-ya bu iddialar haqqında danışıb.

Aslan İsmayılov deyib ki, Rəna Abbasovanın həbs olunması ilə bağlı yayılan xəbər yalandır: “O, evində ailəsinin yanındadır. O, meriyanın başqa işçiləri kimi bircə dəfə istintaqa çağrılıb və seçkilərə toplanmış ianələrlə bağlı dindirilib.

1917-ci ildə hay-küy eşidən dekabrist nəvəsi qulluqçudan soruşur ki, bayırdakı nə səsdir. Qulluqçu deyir ki, inqilabçıların çağırışıdır. Nəvə deyir ki, mənim babam da inqilabçı olmuşdu, maraqlıdır bunlar nə istəyirlər, sualına qulluqçu, varlıların olmasını istəmirlər deyir. Nəvə deyir: “çox təəccüblüdür mənim babam isə kasıbların olmamasını istəyirdi”.

Mən də həmişə həmyerlilərimizin dünyanın harasında olmasından asılı olmayaraq istənilən uğurlarına sevinmişəm. Artıq iki gündür ki, mediada və sosial şəbəkələrdə az qala sevinc hissi ilə “Nyu Yorkda həmyerlimiz Rəna Abbasova həbs olundu” başlığı ilə yalan məlumat paylaşılır. Məlumatın yalan olmasından başqa yayılma tərzi də vicdansızlıqdır. Bundan başqa, bu həm də xaricdə, konkret bu halda ABŞ-da erməni diasporasının əlinə verilmiş bir fürsətdir. Mən hələ bu böhtan kampaniyasından öz çirkin siyasi oyunları üçün istifadə edənləri demirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.