İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi ( İSBAM ) Milli QHT forumunu tərk etdi - BƏYANAT

15-05-2024, 18:05           
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi ( İSBAM ) Milli QHT forumunu tərk etdi - BƏYANAT
Milli QHT forumunun qurultayı keçirildi.
Sonuncu qurultay 2016 ildə keçirilmişdir və nəhayət 8 ildən sonra 10 cu qurultay baş tutdu.
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi ( İSBAM ) olaraq bildiririk ki qurultay vətəndaş cəmiyyətinin inkişafına zidd zəmində qruplaşmaların bir biri ilə mübarizəsi fonunda keçirilib.
Bəzi hökumət qurumlarının təsiri altında olan bir neçə ictimai birliyin rəhbərindən ibarət koalisiya rəhbərliyi formalaşıb.
Bu o deməkdir ki, QHT Alyansı bundan sonra bu hökumət qurumlarının təzyiqi ilə fəaliyyətin aparacaq.
Dövlət başçısı tərəfindən ictimai nəzarətin həyata keçirilməsi çağırışları da bu minvalla məyusedici sonluğu görmüşdü.
İddia edilən 700 ə yaxın QHT təmsilçiləri deyil, hökumət nümayəndələrinin istəkləri əsasında formalaşan Alyans Vətəndaş Cəmiyyətini təmsil edə bilməz.
Təəssüflə qeyd etməliyik ki, QHT Alyansı adına təşkil edilmiş qurultayın ictimai təşkilatların fəaliyyətni çərçivələmək niyyətlərini i bir daha sübut edir
İSBAM olaraq yuxarıdakılari qeyd edərək Milli QHT Forumunun üzvlüyünü tərk etdiyimizi bəyan edirik.
Samir Adigozelli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.