"Kavkaz-uzel": "Qarabağda bir rus yaşamırsa, orada konsuluq açmağa nə ehtiyac var?"
28-05-2024, 11:49
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin arasında görüş keçirilib.
Görüşdə Karasin Rusiyanın səlahiyyətli nümayəndəsi olaraq bildirib ki, Rusiya Xankəndidə yaxın vaxtlarda başlayacaq Rusiya Baş Konsulluğunun açılışına hazırlıqda Azərbaycanın dəstəyinə ümid edir.
Bildiyimizə görə, maraqlarını diplomatlar təmsil edən ölkə vətəndaşları arasında mövcud problemlərin operativ həlli üçün konsulluqlar açılır. Nə Xankəndində, nə Şuşada, Ağdamda bir dənə də olsun Rusiya Federasiyası vətəndaşı var. Lavrova Xankəndində konsulluq niyə lazımdır? Erməniləri bezdirmək üçün? Deməli, duzsuz yerlər yoxdur, başqa harada və niyə?
Düşünürəm ki, insanlarımız üç dəfə nəzakətlə susmalıdırlar, başa düşmürlərsə, rusca cavab verin - yox.
Rusiya vətəndaşlarının yaşadığı yerdə - Gəncədə, Lənkəranda, Zaqatalada, Sumqayıtda konsulluq açsınlar. Bu başa düşüləndir, amma Xankəndinin nə üçün olduğu aydın deyil.
“İkitərəfli məsələlərdən Xankəndində baş konsulluğun açılmasını qeyd edərdim. Biz yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”, - o bildirib.
Onun sözlərinə görə, bu baş konsulluğun 2024-cü ildə açılması ideal olardı:“Bu, bizə konsulluqdakı qarşılıqlı bərabərsizliyi aradan qaldırmağa imkan verəcək”.
"Kavkaz-uzel" saytında məsələ ilə bağlı maraqlı bir şərh də yer alıb: Bildiyimizə görə, maraqlarını diplomatlar təmsil edən ölkə vətəndaşları arasında mövcud problemlərin operativ həlli üçün konsulluqlar açılır. Nə Xankəndində, nə Şuşada, Ağdamda bir dənə də olsun Rusiya Federasiyası vətəndaşı yoxdur. Lavrova Xankəndində konsulluq niyə lazımdır? Erməniləri könlünü almaq üçün?
Sayt başqa bir məsələyə də diqqət yönəldir:"
Rusiya vətəndaşlarının yaşadığı yerdə - Gəncədə, Lənkəranda, Zaqatalada, Sumqayıtda konsulluq açsınlar. Bu başa düşüləndir, amma Xankəndinin nə üçün olduğu aydın deyil".
P.S. Siyasi analiz və tarixi faktlar isə bizə diktə edir ki, Rusiyanın Qarabağda növbəti dəfə zühur etmə çabalarını izləyək. 1805-ci ildən bu günə qədər Rusiya bütün formalarda olub. İstər işğalçı kimi, istər, İrandan vassalını qoruyan "xilaskar" kimi, istər böyük qardaş" kimi, istər "sülməramlı" kimi,
İndi isə konsulluq olaraq özünü Qarabağda mövcudluğunu əldən verməməkdə qərarlıdır. Ümid edirəm, o konsulluğun açılması baş verməyəcək!
Əntiqə Rəşid