Mask planet və onun aqibəti ilə bağlı bizim bilmədiyimiz nəyi bilir?

18-06-2024, 18:04           
Mask planet və onun aqibəti ilə bağlı bizim bilmədiyimiz nəyi bilir?
Elon Mask Yer və Mars arasında kosmik “qatarlar” ın yaradılması üçün illərdir SpaceX-in stansiyalarında gecələyir.
Məlumat üçün deyim ki, SpaceX gündə on kosmik qatarın Marsa uçuşunu təmin edəcək dəqiq planı var.
Layihə rəsmi olaraq səkkiz il əvvəl Beynəlxalq Astronavtika Federasiyasının konqresində təqdim edilib.
Təfərrüatlar belədir ki, nəqliyyat sistemi ən azı 122 metr hündürlüyə malik raketdən, gəmidən və yanacaq dolduran tankerdən ibarətdir.
İlk illərdə sistem bir uçuşda 100, daha sonra isə 150-200 nəfəri Marsa çatdıracaq.
Mask bunu bəşəriyyətin sağ qalmasını təmin etmək üçün həyati vacib hesab edir.
O , yer kürəsində qlobal kataklizm baş verərsə, insanlarln məhv olacağı, lakin iki planetdə müstəqil sivilizasiyaların mövcudluğunu bəşəriyyətin sağ qalma şansı kimi dəyərləndirir.
Mənə maraqlı olduğu üçün illərdir Maskın təqdimatlarını izləyirəm.
Onun fiziki , verbal və jestikulyar ifadələri bir mənalı olaraq mental tam sağlam insan olmasını nümayiş etdirir.
Müqayisə üçün deyim ki, ətrafda qismən mental sağlam insanlar cəmi 1-2 % dir , nəinki tam sağlam.
Mask həm də aurası ətrafa güclü verbal təsir sahəsinə malik bioloji fərddir.
Bir sözlə o , bir ehtimal üzərindən milyardlarını Marsa nəqliyyat çəkmək qədər avanturist layihəyə xərcləyən mental xəstə deyil.
Və məncə , Mask planet və onun aqibəti ilə bağlı , bizim bilmədiyimiz nəyi isə bilir…
Və o nə isə , onu narahat edəcək qədər yaxındadır…
Yegana Haciyeva
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.