Türkiyə mediası İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş işıqlandırıb

21-07-2024, 10:58           
Türkiyə mediası İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş işıqlandırıb
Türkiyənin aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıblar.

AZƏRTAC xəbər verir ki, qardaş ölkənin media qurumları Azərbaycanın dövlət başçısının Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatarın bu yaxınlarda Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi sammitində iştirakı ilə bağlı dediklərinə xüsusi diqqət çəkib.

Azərbaycan Prezidentinin Kipr türklərinə dəstək bəyanatının Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün təmin edilməsi üzrə əməliyyatının başlanmasının 50-ci ildönümündə səsləndirildiyi vurğulanıb.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ilə bağlı fikirləri də yüksək qiymətləndirilib.

Yaxın Şərqdəki vəziyyətə, xüsusilə Fələstin dövlətinə münasibətdə Azərbaycan liderinin sözlərinə xüsusi diqqət yetirilib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru