Din dövlətdən ayrıdırsa, o zaman komitə niyə axund təyin edir? - HÜQUQŞÜNAS RƏYİ

25-07-2024, 12:20           
Din dövlətdən ayrıdırsa, o zaman komitə niyə axund təyin edir? - HÜQUQŞÜNAS RƏYİ
Son bir neçə ildə ölkənin məscidlərinə və digər dini ziyarətgahlarına Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi axund təyin edir. Bu isə müsəlman icmalarında bir sıra narazılığa səbəb olur.

Buna qarşı çıxan dini kəsim Azərbaycan Konsitusiyasında “din dövlətdən ayrıdır” müddəasına istinad edir.

Qeyd edək ki, əvvəllər məscidlərə axund təyinatı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən həyata keçirildi.

Hüquqşünas Cavad Cavadov Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

Azərbaycan Konstitusiyasının 18-ci maddəsinə əsasən dinin dövlətdən ayrı olduğunu vurğulayan hüquqşünas deyir ki, lakin, dövlət orqanları (icra hakimiyyəti orqanı hesab edilən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərdə və digər dini ibadət yerlərində axundları təyin edir: “Beş ildən bir onları attestasiyadan keçirir, əmək haqqı verir və onlarla əmək münasibətlərinə daxil olaraq, onlara namazı düzğün qılmadıqlarına ğörə, moizədə, cümə xütbələrində səhv etdiklərinə ğörə töhmət, şiddətli töhmət verir, onları işdən azad edir. olur.”Dini etiqad azadlığı haqqında” Qanunun 8-ci maddəsində bu barədə əks olunub”.

Cavad Cavadov deyir ki, dövlətin dinə təkcə bu məsələdə qarışmadığını deyir: “Nəhayət, artıq dini nikaha da dövlət dolayısı yolla hüquqi qüvvə verir.

Ailə Məcəlləsinə əsasən Dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir.(maddə 1.5)

İnzibati Xətalar Məcəlləsinin yeni 189-3 maddəsi əlavə edildi və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbin kəsməyə görə hətta mollalara sutkalıq da verə bilərlər.

Bununla da dövlət dini nikahın qanuniliyini artıq qəbul edir, əks halda hüquqi əhəmiyyətə malik olmayan bir yazıya nə üçün hüquqi məsuliyyət nəzərdə tutulsun?

Bütün bunlar ona dəlalət edir ki, artıq din dövlətdən ayrı deyil və növbəti referendurumda bu müddəanı əsas qanundan çıxartmağın vaxtı çatıbdır“.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.