Bakıya təhlükəli təklif: İki yol var – Kritik dəhliz həmləsi
13-10-2024, 12:14
“İstənilən dövlətin böyüklüyü ona qarşı yönələn təhdidləri öz mənafeyinə xidmət üçün məcbur etməsi ilə də ölçülür. Müstəqil Azərbaycanın qısa, lakin şərəfli tarixi ərzində dəfələrlə elə hadisələr baş verib ki, ölkəmizi hədəf alan, onu təhlükəyə salacaq addımlar dövlət başçısının ağıllı, uzaqgörən, ölçülü-biçili siyasəti sayəsində bizim mənafeyimizə xidmət edib. Bu gün biz çoxsaylı bədxahlarımızın mövcudluğu şəraitində balansı itirmədən fəaliyyət göstərə biliriksə, həmin siyasət nəticəsidir”.
Bu sözləri Globalinfo.az-a politoloq Əlimusa İbrahimov deyib.
O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana tam razılaşdırılmamış sülh müqaviləsini təqdim etməklə başqa bir şey nəzərdə tutur:
“Baş nazir öz mənafeyinə xidmət edən maddələrin əsasında müqavilənin izalanmasına nail olmaq, əks təqdirdə Azərbaycanı sazişdən çəkilməkdə ittiham etməklə beynəlxalq aləmdə nüfuzdan salmağa çalışır. Belə olan halda sual yaranır: Bakı təklifinə qarşı nə etməlidir ki, İrəvanı sülh müqaviləsi ilə bağlı diskussiyadan çəkindirsin? Yaxud saziş İrəvanın dediyi kimi imzalanarsa, Azərbaycan bundan necə faydalana bilər?
Əlbəttə, Zəngəzur dəhlizi yada düşən ilk məsələdir. Azərbaycan Ermənistanın yarımçıq sülh müqaviləsinin qarşısına elə yarımçıq Zəngəzur dəhlizini çıxara bilər. Yəni Bakı dəhlizin yalnız Azərbaycana xidmət etmək məqsədi ilə açılmasını Ermənistandan tələb edir. Beləliklə dəhliz Bakının şərtləri daxilində dəhliz açılır, nəticədə yalnız Azərbaycan vətəndaşları Naxçıvan və Türkiyəyə getmək üçün bu dəhlizdən istifadə edirlər. Dəhlizin tam fəaliyyəti və ya ondan beynəlxalq səviyyədə istifadə Ermənistanla digər dövlətlər arasında münasibətlərin normallşmasından sonraya qalır”
“Düşünürəm ki, Ermənistan bu təklifə ya razılaşmayacaq, ya da razılaşsa belə Azərbaycan daha əlverişli mövqedə qalacaq.
Bakı İrəvanın təklif etdiyi 16 maddəlik sülh sazişinin imzalanmasına etiraz edərsə, bu, istənilən formada müqavilə funksiyası daşımayan sənəd ola bilər”.