Ramiz Mehdiyevlə Çovdarovun ORTAQLIĞI... - İLGİNC...

4-11-2024, 18:11           
Ramiz Mehdiyevlə Çovdarovun ORTAQLIĞI... - İLGİNC...
"Sabiq MTN zabiti, generallığı əlindən alınan Akif Çovdarovun vaxtiylə məsuliyyətdən yayınmaq üçün müxtəlif üsullara əl atdığı, bütün əlaqə və imkanlarından gen-bol istifadə etdiyi məlumdur. Lakin çox az adama məlumdur ki, sabiq MTN rəhbəri Eldar Mahmudovun sağ əli olan Akif Çovdarov qılıncının dalı da, qabağı da kəsən dönəmdə ən böyük rüşvətlərdən birini Prezident Administrasiyasının o zamankı aparat rəhbəri Ramiz Mehdiyevə verib". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Akif Çovdarov törətdiyi çoxsaylı qanunsuzluqlardan sığortanmaq, habelə, gələckdə törədəcəyi qanunsuzluqlara görə məsuluyyətdən yayınmaq üçün Abşeron rayonunun Masazır kəndində - istixanaların yaxınlığında yerləşən nəhəng balıq vətəgəsini Ramiz Mehdiyevə hədiyyə edib. Sovet dönəmindən qalan, yalnız Azərbaycan deyil, bütün Cənubi Qafqazda öz unikallığı ilə seçilən bu balıq zavod hər zaman ölkəmizin iqtisadiyyatındakı xüsusi çəkisi ilə diqqət çəkib.
Yeyinti sənayemizin bu mühüm zavodunun iri ranqlı məmurlar arasında rüşvət predmeti olması Akif Çovdarov və onun əsas himayədarlarından biri olan Ramiz Mehdiyevin törətdiyi qanunsuzluqların, rüşvət və korrupsiya əməllərinin hansı miqyasda olduğunu göstərir.

Onu da qeyd edək ki, Ramiz Mehdiyev bu gün də “Akif Çovdarovun yadgarı” üzərində sahiblik hüququnu qoruyub saxlamaqda, bu obyektdən külli kiqdarda gəlir əldə etməkdədir. Sadə vətəndaşlar olaraq ümid edirik ki, yaxın gələcəkdə Akif Çovdarov-Ramiz Mehdiyev əlaqələri də işığa çıxarılacaq, tərəflərin bir-birinə dədə-baba malı kimi alıb verdiyi balıq zavodu da dövlətin balansına qaytarılacaq..."

Məsələ diqqətimizdədir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.