“Shaurma №1” şəriki Aqil Babayevin məhkəmə işində nələr aşkarlanır
Bu gün, 09:44
“Shaurma №1” şəriki Aqil Babayevin məhkəmə işində nələr aşkarlanır
Hüquqi proseslərdə müəyyən olunmuş qaydalardan sapmalar – məhkəmə işlərinin ədalətli aparılmasını təhlükə altına qoyur. Xüsusilə mürəkkəb və yüksək əhəmiyyət daşıyan məhkəmə işlərində bu cür sapmalar ədalətə ciddi zərbə vurur və haqsız nəticələrə yol açır. Azərbaycanda “Shaurma №1” restoranlar şəbəkəsinin şəriki olan Aqil Babayevin məhkəmə işi bu cür pozuntuların necə fəsadlara səbəb olduğunu göstərən nümunələrdən biridir.
Aqil Babayevin ailə üzvləri və müdafiəçiləri, onun işində hüquqi prosedur qaydalarına zidd hərəkətlər edildiyini iddia edərək, Azərbaycan Prezidentinə müraciət edib. Müdafiə tərəfinin qaldırdığı məsələlər hüquqi sistemdə prosedur pozuntularının ciddiliyini vurğulamaqla yanaşı, ədalət mühakiməsinin necə risk altına düşdüyünu ortaya qoyur.
Sübutların araşdırılmaması və ya qərəzli qiymətləndirilməsi:
Aqil Babayevin işində müdafiə tərəfinin təqdim etdiyi sübutlar ya diqqətdən kənarda qalıb, ya da lazımi qaydada nəzərə alınmayıb. Müdafiə sübutlarının gözardı edilməsi işin ədalətli aparılmasına xələl gətirib. Beləki, Bakı Ağır Cinayyətlər Məhkəməsində Eldar İsmayılovun sədirlik etdiyi prosesdə ümumiyyətlə sübutların tədqiq edilməməsi və obyektiv araşdırılmamsı faktı müşahidə olunur. Bu müdafiə tərəfinin apellyasiya məhkəməsində də üzləşdiyi probləmlərdən biri olub. Baş verənlərlə bağlı məhkəməyə verilən ifadələr və sübutların araşdırılmaması faktiki olaraq quldurluq və hədə-qorxu ilə Aqil Babayevə milyonlarla manat ziyan vuran və onun şərlənərək həbs olunmasına bais olan bu mütəşəkkil qrupu özünü “zərərçəkən” kimi təqdim edərək cinayət məsuliyyətindən yayınmasına səbəb olub.
Məhkəmə protokolların qeyri-dəqiq aparılması:
Müdafiə tərəfinin bildirdiyinə əsasən, AqilBabayevin işi üzrə 1ci instansiya məhkəmə iclaslarının audio və ya video yazıları aparılmayıb. Məhkəmə iclaslarının protokollarında olan qeyri-dəqiqliklər və məhkəmə iclaslarının audio və video yazıları olmadan aparılması, prosesin düzgün sənədləşdirilməsini təmin etməyib. Protokolların dəqiq aparılmaması həm müdafiə tərəfinin etirazlarını əsaslandırmaq imkanlarını məhdudlaşdırıb, həm də məhkəmə prosesinin qanunun tələbinə zidd formada aparılmasına şərait yaradıb.Müdafiə tərəfinin iddiasına görə, məhkəmə protokolunda müdafiə tərəfinin qaldırdığı məsələlər və bəzi şahid ifadələri qərəzli şəkildə daxil edilməyib. Bu kimi boşluqlar məhkəmə proseslərinin və sübutların düzgün dəyərləndirilməsinə mane olub.
Müdafiə vəsatətlərinin rədd rdilməsi:
Apellyasiya məhkəməsində müdafiə tərəfinin təqdim etdiyi əsas vəsatətlərinin təmin olunmadığını vurğulanır. Məsələn, 1ci instansiya məhkəməsində tədqiq olunmalı 29 (iyirmi doqquz) sübut barəsində qanun pozuntusu faktının araşdırılmasına dair müdafiəçilərin təqdim etdiyi vəsatətləri, Fərid Eyyubovun sədirlik etdiyi Apellyasiya məhkəməsi təmin etməmişdir. Bununla yanaşı Aqil Babayevin ərizəsi və müraciəti əsasında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmanın nəticəsində “zərərçəkmiş” şəxslərin iddialarının əsasasız olması barədə materiallarının məhkəməyə təqdim olunmasına dair vəsatət təmin edilməmişdir.
Məhkəməyə olan təzyiqlər:
Qeyd olunanlar işdə olan pozuntuların cüzi bir hissəsidir. Məhkəmələrin Natiq Sadıqov və Anar Aslanovun başçılıq etdiyi “zərərçəkmiş” adlanan qaragüruhçu şəxslərin qışqırıqları və qərəzli ifadələri ilə təzyiqi altında səhv qərarlar çıxarmasına səbəb olmuşdur.
Ədalətin təmin olunması
Ailə üzvlərinin ölkə rəhbərliyinə müraciətində Aqil Babayevin işi üzrə 1ci instansiya məhkəməsində hakim Eldar İsmayılov tərəfindən ədalətsiz qərar çıxarıldığı və işin obyektiv araşdırılmadığı bildilir. Müraciətdə həmçinin bildirilir ki, bu qərardan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsə də, hakim Fərid Əyyubov da məsələyə qərəzli yanaşaraq, müdafiə tərəfinin mühüm vəsatətlərini təmin etməyib və obyektiv araşdırmaya maraq göstərməyib. Nəticədə, Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq müdafiə tərəfinin sübutlarının tam dəyərləndirilməsinə mane olub. Onlar bu qərarları ədalətsiz adlandıraraq, işin obyektiv baxılması və məhkəmə prosesində şəffaflığın təmin olunması üçün Cənab Prezidentdən işin növbəti mərhləsində məhkəmə proseslərinə müdaxilə olunmasını xahiş edir.