Tramp Cənubi Qafqazı unudur!!!
Bu gün, 08:34
Donald Trump prezidentliyi dövründə (2017-2021) ABŞ-ın daxili və xarici siyasətində unikal və bəzən radikal dəyişikliklər oldu.
Bu dəyişikliklər, təkcə ABŞ-ın dünya siyasətindəki yerini deyil, həm də bölgə dövlətləri üzərində təsirini əhəmiyyətli şəkildə azaltdı.
Gəlin Trampın prezidentlik dönəmində dünyada və xüsusilə də Cənubi Qafqazda yaranan siyasi-iqtisadi mənzərəyə diqqət edək:
Donald Trumpın "America First" (Əvvəlcə Amerika) siyasətinin əsas prinsiplərinə baxaq.
Trampın əsas doktrinası "America First" idi, bu isə ABŞ-ın xarici siyasətində milli maraqları üstün tutmasına yönəlmişdi.
Bu yanaşma ABŞ-ın NATO, BMT və Dünya Səhiyyə Təşkilatı kimi beynəlxalq təşkilatlarla münasibətlərinə pis təsir etdi.
NATO-dakı müttəfiqlərə müdafiə xərclərini artırma tələbi və təşkilatın ümumi effektivliyi ilə bağlı şübhələr yaratması Avropa ölkələrini narahat etdi.
Bu isə Qərbin birliyinə və kollektiv təhlükəsizliyə dair sualların eyni zamanda narahatlıqların ortaya çıxmasına səbəb oldu.
2. ABŞ-ın İran nüvə anlaşmasından çıxması
2018-ci ildə ABŞ İranla nüvə anlaşmasından (JCPOA) çıxdı və İrana qarşı sərt sanksiyalar tətbiq etdi. Bu addım Yaxın Şərqdə gərginliyin artmasına səbəb oldu.
İran isə daha aqressiv bir yanaşma nümayiş etdirərək nüvə proqramını genişləndirməyə başladı.
Bu sanksiyalar yalnız İranı deyil, İrana bağlı fəaliyyət göstərən Cənubi Qafqaz ölkələrini də iqtisadi baxımdan təsirləndirdi.
3. ABŞ-ın Çin ilə ticarət müharibəsi
Tramp administrasiyası Çinlə münasibətlərində ticarət balanssızlığını əsas məsələyə çevirdi və ticarət müharibəsinə başladı. Bu, qlobal ticarət axınlarını dəyişdirdi və ölkələr arasında yeni iqtisadi tərəfdaşlıq axtarışlarına səbəb oldu.
Asiyada gərginliyi artırmaqla yanaşı, qlobal ticarət sisteminə də mənfi təsir etdi, bu isə dolayısı ilə digər regionlara da sıçradı.
4. ABŞ-ın Rusiya ilə münasibətləri
Trampın Rusiya ilə bağlı siyasəti bir qədər dəyişkən və mürəkkəb olub.
Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı mübahisələr, bir çox hallarda əlaqələri gərginləşdirsə də, ABŞ Rusiya ilə daha yaxın əməkdaşlıq imkanları haqqında da müzakirələr aparırdı.
Bu yanaşma bəzi müttəfiqlərdə narahatlığa səbəb oldu, xüsusilə də Baltikyanı ölkələr və NATO-nun Şərqi Avropa üzvlərində.
Cənubi Qafqaza təsirlər
Cənubi Qafqaz regionu – Azərbaycan, Ermənistan və Gürcüstan – Rusiya, İran və Türkiyə kimi güclərin maraq dairəsindədir və ABŞ ilə də əlaqələrini balanslı şəkildə saxlayır.
ABŞ-ın maraqlarının azalması və regional güclərin artan təsiri
Trampın dövründə ABŞ, Cənubi Qafqazda nifuzunu azaltdı, çünki bu region ABŞ-ın prioritetləri arasında əvvəlki qədər əhəmiyyətli yer tutmurdu.
Bu isə Rusiyanın region üzərindəki təsirinin çoxalmasına səbəb oldu.
- Azərbaycan və Ermənistan arasında baş verən 2020-ci il Qarabağ münaqişəsi, ABŞ-ın regiondakı mövcudluğunun azalması ilə Rusiyanın vasitəçi rolunu daha da gücləndirdi. Nəticədə, Rusiya Azərbaycan və Ermənistan üzərində təsirini artırdı və bölgədə öz sülhməramlı qüvvələrini yerləşdirdi. Yəni hərbi əməliyyatlara birbaşa müdaxilə edə bilməsə də (Türkiyə amilini unutmayaq) sonrakı dövrdə regionda mövcudluğunu bir müddət qoruya bildi.
- İqtisadi sanksiyalar və Cənubi Qafqaz iqtisadiyyatına təsirlər
Trampın İran üzərinə qoyduğu sanksiyalar, İrana qonşu olan Azərbaycan və Ermənistana iqtisadi baxımdan müəyyən qədər narahatlıq yaşatdı.
Azərbaycanın İranla ticarət əlaqələri daraldı, bu isə ölkənin iqtisadiyyatına müəyyən dərəcədə təsir göstərdi.
Gürcüstanın həm ABŞ, həm də Avropa Birliyi ilə sıx əlaqələri var və bu ölkə də müəyyən sanksiyalardan dolayı iqtisadi çətinliklərlə üzləşdi.
- Enerji və nəqliyyat xətləri
Cənubi Qafqaz ABŞ və Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir. Tramp administrasiyası Bakü-Tbilisi-Ceyhan neft boru xətti və Trans-Adriatik Boru Kəməri (TAP) kimi layihələri dəstəkləsə də, Cənubi Qafqaz regionunda ABŞ-ın rolu əvvəlki administrasiyalar qədər güclü olmadı(!).
Türkiyənin ABŞ ilə yaxın münasibətləri, Azərbaycanın enerji layihələrində Türkiyə ilə daha sıx əməkdaşlıq etməsinə şərait yaratdı və bu əlaqələr regionda iqtisadi inteqrasiyanı gücləndirdi.
- ABŞ-Türkiyə münasibətləri və Cənubi Qafqaz
Trampın dövründə ABŞ və Türkiyə arasında müəyyən münaqişələr oldu.
Amma Trampın Ərdoğanla şəxsi dostluq əlaqələri ilə münasibətlər qismən sabit saxlanıldı.
Bu, Türkiyənin Cənubi Qafqazda daha güclü mövqe qazanmasına şərait yaratdı.
Türkiyə həm Azərbaycanla strateji müttəfiq kimi çıxış etdi, həm də Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın yanında oldu.
ABŞ-ın nisbətən passiv qalması, Türkiyənin daha güclü rol oynamasına səbəb oldu.
Qarabağ münaqişəsi kimi münaqişələrin ABŞ-ın iştirakı olmadan həll olunması, Rusiyanın vasitəçi kimi daha güclü bir rol oynamasına şərait yaratdı. Regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün ABŞ-ın gələcəkdə daha aktiv rolu lazım olsa Tramp bunu təmin edəcəkmi sualına indi konkret cavab vermək çətindir.
Donald Trampın prezidentliyi dövründə ABŞ-ın "America First" doktrinası dünya və Cənubi Qafqaz regionunda böyük təsirlərə səbəb oldu.
İndi isə gəlin Trampın preezidentlik dönəmində Azərbaycanla ABŞ arasında iqtisadi münasibətlərin səviyyəsiinə diqqət edək?
2017-2021-ci illərdə ABŞ şirkətləri Azərbaycanın enerji sektoruna, xüsusən neft və qaz layihələrinə mühüm sərmayə yatırmışdılar. BP ilə yanaşı, ExxonMobil və Chevron kimi ABŞ şirkətləri Azərbaycanın neft-qaz sektoruna əhəmiyyətli sərmayələr qoymuşdular.
Təxminən 12 milyard dollara qədər ABŞ sərmayəsi əsasən enerji sahəsinə yönəlmişdi.
Bu sərmayə Azərbaycan üçün yeni enerji layihələrinin maliyyələşdirilməsi və infrastrukturun genişləndirilməsi üçün çox vacib idi.
Trampın Prezidentliyi dönəmində Azərbaycanla ticarət dövriyyəsi isə əhəmiyyətli dərəcədə dəyişməyib.
2017: Azərbaycan ilə ABŞ arasındakı ticarət dövriyyəsi təxminən 494 milyon ABŞ dolları oldu. Bu məbləğ, əsasən, Azərbaycanın ABŞ-a enerji sektorunda ixracı ilə bağlı idi.
2018: Ticarət həcmi bir qədər azalıb, təxminən 450 milyon dollar səviyyəsində olub.
2019-cu ildə ticarət həcmi yenidən artaraq 550 milyon dollara çatdı. Bu, Azərbaycanın ABŞ-a neft və qaz ixracını artırması ilə əlaqələndirilə bilər.
2020: COVID-19 pandemiyasının qlobal ticarətə təsiri nəticəsində, ticarət həcmi yenidən azalıb və təxminən 400 milyon dollara düşdü.
2021: Trampın dövrünün sonunda, ABŞ-Azərbaycan ticarət həcmi təxminən 450 milyon dollar səviyyəsində qaldı.
"EconomX" İqtisadi Analitik Mərkəz