Müasir müharibələr əlində olan vasitələrə fərqli yanaşmaq, tətbiqinə gətirilən yeniliklərdir.
7-11-2024, 10:54
Müasir müharibə anlayışı var. Həvəskarları anlayıram, istədikləri kimi qələmə verə bilərlər. Ancaq bəzən özünə peşəkar deyən şəxslər müasir müharibə anlayışını elə təqdim edir ki, söz tapmaq olmur. Bəziləri efirlərdə, yazılarında hazırkı müharibələri müasir silahların tətbiqinə görə müasir adlandırır. Hətta Rusiya Ukrayna cəbhəsinə T-55 tanklarını göndərəndə gülürlər, nə bilim lağlağıya qoyurlar. Bu adamlar eyni zamanda 44 günlük müharibə ilə bağlı müasir müharibənin əsasını qoymuşuq da deyirlər.
Müasir müharibə müasir silahlarla aparılan müharibələr deyil. Müasir müharibələr əlində olan vasitələrə fərqli yanaşmaq, tətbiqinə gətirilən yeniliklərdir.
44 günlük müharibənin başladığı ilk gün havada "Kukuruznik"ləri görən bir neçə nəfər istehza ilə "ermənilərin başına dərman səpərək müharibəni udacağıq?", "neftin pullarına "Kukuruznik" alıblar?" deyirdi. Ancaq elə həmin adamlar bir neçə dəqiqə dedikləri sözləri yedi. Çünki o "Kukuruznik"in tətbiqi heyrətləndirmişdi. "Kukuruznik"i yaradan kopayoğlunun ağlına gələrdi ki, Azərbaycanda bir qaqa çıxacaq və onun yaratdığı dərman səpəni ilə HHM yeri müəyyən edəcək, hələ sonra da haranısa darmadağın edəcək.
Rusiyanın T-55 tanklarına baxıb gülürlər. Çönürəm öz müharibəmizə baxıram. Müdafiə zolağında T-55 tanklarımız vardı axı. O tankların bir çoxu demək olar saz vəziyyətdə deyildi. Ancaq cəbhə xəttinə yığılmışdı. Səbəb? T-55 tanklarının lülələri yivilidir. Tankın özü işləməsə belə, topu işləyir axı. Müdafiə zolağında geninə-boluna da istifadə olunurdu. N qədər fotoları var. Üsətlik o tanklar arsenaldan da çıxarılmışdı. Yəni, vurulsa, cəhənnəmə ki. Rusiya bir elə T-55 tankı göndərir Ukrayna cəbhəsinə, hansısa birini döyüş meydanında görmüşük? Yox. Niyə? Çünki o tanklar müdafiə zolaqlarına yerləşdirilir. Ukrayna tərəfinin əks hücumları zamanı tətbiq ediləcək.
44 günlük müharibə zamanı "Kukuruznik"lərdən, T-55 tanklarından, MİQ-lərdən, SU-lardan istifadə etmişik. Nə? Müasir müharibə etməmişik deməliyik? Bayraktara görə apalılan müharibəyə müasir müharibə deyirik? Deyrik və bilirik ki, 44 günlük müharibə ABŞ və bir çox ölkələr tərəfindən araşdırılıb və qəbul edilib ki, bu yeni nəsil müharibədir. ABŞ ilk dəfədir PUA ilə müharibə görürdü? Ayə, a gədə, ABŞ PUA-larla terrorçu qovalayanda, Bayraktar PUA-ya şeytan əməli kimi baxırdı.
Azərbaycan 21 əsrin müasir müharibəsini ortaya qoydu. Ancaq bu müharbənin içərisində klassik, hibrt və assimetrik müharibənin elementləri var.
Yəni, müasir müharibə, müharibənin özünə fərqli yanaşma deməkdir. Müharibələrə yeni yanaşmanın əsasını İŞİD ortaya çıxardı. Mobil qruplarla İŞİD-in hücumlarını hələ də heç bir ölkənin nizami ordusu demək olar ki, bacarmır.
Yaxşı edirsiniz, onsuzda boşboğazlığı camaat sevir, ancaq özünüzü peşəkar kimi təqdim etməyin. Onsuzda əsəblərim yerində deyil, sizi oxuyub, dinlədikcə lap da sinir oluram. Ayıbdır!
Səxavət Məmməd
TEREF