Yeni Konstitusiya tək günümüzün tələbi deyil, həm də gələcəyimiz üçün olmazsa-olmazdır.

13-11-2024, 09:34           
Yeni Konstitusiya tək günümüzün tələbi deyil, həm də gələcəyimiz üçün olmazsa-olmazdır.
Ümid edirəm ki, yaxın aylarda yeni Konstitusiya ilə bağlı ciddi müzakirələr başlanacaq və nəticədə məmləktdə məntiqi ardıcıllığı pozulmayan, haqq və hüquqları qoruyan, ən əsası, işlək bir yeni Ana Yasa qəbul ediləcək.
Möhkəm təməl yaratmadan bina tikmək olmaz, bu gün ölkədə olan bütün problemlərin təməli indiki işlək olmayan, məntiqi ardıcıllığı pozulmuş, dəfələrlə dəyişikliklərə məruz qalmış Konstitusiyadır.
Hakimiyyət bölgüsü tək “de-facto” deyil, “de-jure” də yoxdur, haqq və azadlıqların özü var, qoruma mexanizmi yoxdur, yerli özünüidarə institutları formaldır, səlahiyyətsizdirlər deyə məsuliyyətsizdirlər, hər ikisi yoxdur deyə, həm də mənasızdırlar. Nazirlər Kabinetinin adı var, özü yoxdur, məsuliyyəti və səlahiyyəti mücərrəddir, bəzi nazirliklər Nazirlər Kabinetindən daha güclü səlahiyyətə malikdirlər.
Belə qarışıq sistemlə iqtisadi və sosial problemlərin həlli mümükünsüzdür - yeni Konstitusiya tək günümüzün tələbi deyil, həm də gələcəyimiz üçün olmazsa-olmazdır.
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru