Putin cavabını da alıb, Kasım-Jomart Tokayevin “tokatı” yerində idi.

1-12-2024, 10:04           
Putin cavabını da alıb, Kasım-Jomart Tokayevin “tokatı” yerində idi.
Rusiya imperiyası dağıldı, imperiya SSRİ formasında zühur etdi, o da dağıldı, Rusiya Federasiyası yarandı.
Ancaq yeni dövlət inkişaf etmək və qonşularla yaxşı münasibətlər qurmaq əvəzinə yenidən əzələ nümayişinə başladı. Gürcüstanın torpaqlarını işğal etdilər, ardınca Krım, bu da bəs etmədi, Ukraynanın şərqini ələ keçirdilər. İndi də Qazaxıstanı hədələyirlər. “Ukrayna adında dövlət olmayıb“ yalanını uydurduqları kimi “Qazaxıstan süni dövlətdir” deməyə başlayıblar. Qonaq gəldiyi dövlətə və onun dilinə hörmət etmək əvəzinə “Qazaxıstan rusdilli ölkədir” deyib qazaxlara əzələ nümayişi edib.
Ancaq cavabını da alıb, Kasım-Jomart Tokayevin “tokatı” yerində idi. Rusdilli ölkə anlayışı ancaq Rusiyaya aiddir, başqalarının dövlət dili var, hörmət etməyi öyrənin, “sərhədləriniz tükənməz deyil”. Dilimizin üstünlüyünü biz də qoruyaq!
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru