3 DEKABR - BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ!

3-12-2024, 08:24           
3 DEKABR - BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ!
Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyində ƏLİLLƏR ÜÇÜN- kifayət qədər güzəştlər və təminatlarnəzərdə tutulur. Bu münasibətlərdə ən əsası da odur ki, aşağıda göstərilən bu normativ hüquqi aktlar əlillərə qarşı tədbiq olunsun və ya düzgün tətbiq olunsun, bu şəxslərin digər şəxslərlə bərabər yaşamaq, işləmək hüququ təmin edilsin, bu qanunlardan əlavə həm də birimizin İNSANLIQ borcumuzdur:
Çox təəssüf ki, bu gün əlillərin normal əmək fəaliyyəti ilə məşğul olması üçün küçə və nəqliyyatda, iş yerlərində müvafiq iş şəraiti yoxdur.
İstehsalatda baş vermiş bədbəxt hadisədə və peşə xəstəliyində təqsiriolan işəgötürənin əlil olan və sağlamlığını itirmiş işçiyə dəymiş zərərin əvəzinin tam ödəməlidir.
Əlillərin-Kvota tədbiq olunan müəssisələrdə işçilərin ümumi sayının 2.5 faizinin əlil olma barədə təminatları vardır.
Əlillərin razılığı ilə və tibbi rəyə uyğun olaraq yüngül işlə təmin olunmaq, müvafiq iş yeri olmadıqda isə digər vəzifə və peşəyə təyin olunmaq hüquqları vardır.
Kollektiv müqavilələrdə əlillərə əlavə əmək haqqının, ödənişli əlavə məzuniyyət günləri verilməsl, digər güzəştlərlə təmin olunması barədə razılığa gəlmək.
Əlillərin - qısaldılmış iş rejimində işləmək, digər işçilərdən daha çox ödənişli əmək məzuniyyəti almaq, özünə münasib vaxtda bu hüququndan istifadə etmək hüququ var.
Əlilliyi olan şəxslərin dövlət reabilitasiyası hüquqları vardır.
Əlilliyi olan şəxslərin: məşğulluq, mənzil, təhsil, müalicə, nəqliyyat və digər sahələrdə güzəştli şərtlərin təmin edilməsi hüquqları vardır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əlillərə edilən güzəştlər diskriminasiya hesab edilmir.
Azer Quliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.