Avropa ölkələrinin liderləri Ukrayna üzrə fövqəladə sammit keçirəcək

17-02-2025, 09:14           
Avropa ölkələrinin liderləri Ukrayna üzrə fövqəladə sammit keçirəcək
Avropa ölkələrinin dövlət və hökumət başçıları Münhen Təhlükəsizlik Konfransı başa çatdıqdan sonra Ukrayna üzrə fövqəladə sammit keçirəcək.

APA-nın xəbərinə görə, bu barədə diplomatik mənbələrə istinadən Qərb media orqanları məlumat yayıb.

Parisdə keçirilməsi planlaşdırılan qeyri-formal görüşdə məqsəd Avropanın Ukrayna üzrə vahid mövqeyinin formalaşdırılması olacaq. Bu ölkələrin dövlət və hökumət başçıları ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə sülh danışıqlarında Avropanın iştirakını nəzərdə tutmamasından narahatdırlar.

Böyük Britaniya Baş naziri Kir Starmer sammitin əsas ideoloqudur.

Qeyd edilib ki, Kir Starmer həmin sammitin nəticələrini fevralın sonunda Vaşinqtonda Donald Trampla görüşdə müzakirə etməyi planlaşdırır. Növbəti mərhələdə isə Avropa liderləri və Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə daha bir sammitin keçirilməsi gözlənilir.

Parisdə keçiriləcək sammitdə NATO Baş katibi Mark Rutte də iştirak etmək niyyətindədir. Mark Rutte deyib ki, əgər avropalılar iştirak hüquqlarının olmasını istəyirlərsə, Ukraynada sülh üçün yaxşı təkliflərlə çıxış etməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru