Öz külündən doğulanlar Zəfər çərşənbəmiz mübarək

Dünən, 16:46           
Öz külündən doğulanlar  Zəfər çərşənbəmiz mübarək
Gelibolu yarımadasındakı döyüşlər həm quruda, həm də dənizdə baş verirdi. Dəniz döyüşləri 1915-ci il fevralın 18-dən martın 18-dək davam etdi. Quruda isə müharibə 25 aprel 1915 - 9 yanvar 1916 aralığında davam etdi. Bu, Türkiyə tarixinin ən qanlı döyüşlərindən biri olub..
Osmanlının çətin vəziyyətində azərbaycanlılar da qardaş ölkənin müdafiəsində iştirak etmək üçün öz köməklərini əsirgəməyiblər. Yüzlərlə vətəndaşımız - həm əsgər, həm də zabit kimi Çanaqqala uğrunda gedən döyüşlərdə şəhid olub, lakin düşmən qüvvələrin yarımadanın daxilinə doğru hərəkətinə imkan verməyiblər
Məhz Geliboluda düşmən qarşısının kəsilməsində Azərbaycanlılar da böyük rol oynayıblar. 3 mindən çox Azərbaycanlı məhz Geliboluda şəhid olub. Köməyə gedənlərin sayı isə 10 mindən çox olaraq qeyd edilir.
2023-cü il martın 18-də isə Çanaqqala Zəfərinin 108-ci ildönümünə həsr olunmuş anım mərasimində döyüşlərdə şəhid olmuş azərbaycanlı döyüşçülərin xatirəsinin əbədiləşdirən abidənin açılışı da bunu təsdiq edir.
Balkan müharibələri, Birinci Dünya müharibəsi, istərsə də Milli Mücadilə dövründə Osmanlı ordusuna könüllülər qoşulmaqla yanaşı, həm də Azərbaycandan onlara müxtəlif yardımlar da göndərilib. Rusiya hakimiyyət orqanlarının ciddi nəzarətinə baxmayaraq, Azərbaycan xalqı hər çətinlikdə Osmanlı dövlətinin yanında oldu və ona yardım edib
Türkiyə Cümhuriyyətinin qurulmasında da Azərbaycanlıların Maddi və hərbi yardımı, döyüşçülərimizin rolu böyük olub..
Bu gün 18 mart Çanaqqala Dəniz Zəfəri eyni zamanda Osmanlıların, Atatürkün yanında olan Azərbaycan şəhidlərinin və döyüşçülərinin də qələbəsidi. Onların da anım günüdür.
Çanaqqala zəfərindən sonra ingilis ordusuna rəhbərlik edən Gеnеrаl Tаvshеndin xatirələri:
"Аvrоpаdа еlə bir əsgər yоxdur ki, türklərlə müqаyisə еdilə bilsin. Misаl üçün, Gеlibоlunu göstərmək istəyirəm. Оrаdа bizim gəmilərdən аçdığımız аtəş nəticəsində səngərlər yеrlə yеksаn оldu. Türklər dеyil, bаşqа millətdən оlаn əsgərlər оlsаydılаr, bunа dözməyərək səngərləri tərk еdərdilər. Аmmа türk əsgərləri sоnа kimi bu cəhənnəmdəki mövqеlərini tərk еtmədilər"

Azərbaycanın birinci Qarabağ müharibəsi, 44 günlük müharibəsi dövründə də bizim döyüşçü əsgərlərimiz Çanaqqala savaşında olduğu kimi sona kimi od və alovun içində savaşırlar. Cəmi 44 gün ərzində isə irəli gedərək torpaqlarımızı işğaldan azad ediblər.
Şuşanın azad edilməsi, Xankəndi döyüşləri, Fizuli, Cəbrayıl və Zəngilan və digər yerlərdə baş verən döyüşlər bir daha General Tavshendin 1915-ci ildə Geliboluda olan döyüşlərdə şücaət göstərən Azərbaycanlıları təsvir edir.
Xarici hərbi ekspertlər 44 günlük müharibədə gördüklərini belə yazırlar:
" Hərb tarixində inanılmaz döyüş səhnələri baş verirdi, sinəsindən güllə zərbəsi alan əsgərlər, ağır yaralı döyüş dostlarını çiyinlərinə alıb, döyüşə davam edirdilər. Ağır yaralı əsgərlər düşmənə qarşı irəli getməkdə israrlı idilər. Dırnaqları, barmaqları ilə keçilməz yerləri aşan Azərbaycan əsgəri Vətənləri üçün odun içindən keçirdilər "
Qələbələr döyüşçülərin sayəsində əldə edilir. Necə ki, 1915 ci ildə Çanaqqala zəfəri, eləcə də 2020-də Qarabağ zəfəri kimi!!
2025-ci ildə Çanaqqala zəfəri eyni zamanda Azərbaycanda ilaxır çərşənbə gününə düşür. Ulu Yaradandan arzu edək Zəfərlərimiz daimi olsun, Azərbaycan və Türkiyənin bayrağı bir daha yerə enməsin..
Qara dəniz, Xəzər dənizi bayraqlarımıza baxıb daima çırpınsın
Zəfərli çərşənbəmiz mübarək Azərbaycan və Türkiyə...
Zaur Aliyev , dosent
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.