İlon Mask Trampa açıq müharibə elan etdi

Dünən, 08:34           
İlon Mask Trampa açıq müharibə elan etdi
Donald Tramp seçki kampaniyası zamanı verdiyi vədi həyata keçirməyə çalışır, söhbət milyarderlər və böyük korporasiyalar üçün vergilərin azaldılmasından gedir. Bunu həyata keçirmək üçün Tramp Big Beautiful Bill(böyük, gözəl qanun) adlı büdcə layihəni Nümayəndələr Palatasına təqdim edib, bu qanun layihənin hər iki palatada qəbul olunması təqdirdə ABŞ-ın daxili borcu 4 trilyon dollar artacaq, bu isə öz növbəsində respublikaçıların yürütdüyü(guyq) "büdcəyə qənaət" siyasətinə tamamilə ziddir.
Nümayəndələr Palatasında bu qanun layihəsi cəmi bir səs fərqi ilə qəbul edildi: 215-214. Senatda isə qanunun qəbul edilməsi üçün kifayət qədər səs yoxdur, çünki bu günə olan məlumata görə, üçdən çox respublikaçı senator qanun layihəsinə səs vermək istəmir. Bütün demokratlar isə, təbii ki, əleyhinə səs verəcəklər.
Mask hökumətdən ayrılmadan əvvəl bu qanun layihəsini kifayət qədər təmkinli şəkildə tənqid etmişdi. Lakin Ağ Evdən gedəndən sonra tənqid dərəcəsi kəskin dəyişdi, oxuyaq:
- Bağışlayın, amma artıq buna dözə bilmirəm. Konqresin bu zırıltı, dəhşətli, donuz əti ilə dolu büdcə qanun layihəsi - iyrənc bir rüsvayçılıqdır. Buna səs verənlərə ayıbdır: siz səhv etdiyinizi bilirsiniz. Bunu yaxşı bilirsiniz. Konqres Amerikanı müflis edir. Gələn ilin noyabrında Amerika xalqını satmış bütün siyasətçiləri işdən çıxaracağıq."
Son cümləyə diqqət yetirin...
Mask Trampa müharibə elan etməklə yanaşı, faktiki olaraq Respiblikaçı Partiyasında yeni koalisiyanın formalaşmasının anonsunu verir. Yoxsa noyabrda Konqresə ara seçkilərində Mask Trampçı namizədlərə qarşı hansı namizədlərlə getmək istəyir?
Kamran Cəfərov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.