“Bundan sonra min diğa udsam, Qarabağım ugrunda hamsını məhv etsəm də, qəlbim sakitləşməyəcək” - Həsən Əliyev
17-06-2015, 13:08
Yunan Roma güləşi üzrə 66 kq çəkidə gücünü sınayan pəhləvanımız Avopa və dünya çempionu Həsən Əliyevin Ermənistan təmsilçisinə yenilməsi hər kəsi məyus etdi. Şübhəsiz ki, buna ən çox üzülən idmançımızın özü oldu. Güləşçimiz həmin görüşdən sonra bürünc medal uğrunda mübarizə aparıb, qarşılaşmanı qalib başa vursa da, üzündə sevinc, təbəssüm hiss olunmadı. Bundan başqa, H.Əliyev mükafatlandırma mərasimində də başını aşağı əyib, gözlərini yerə dikdi. Güləşçimizin bədbinliyə qapılması sosial şəbəkələrin ciddi müzakirə mövzusuna çevrildi. Hər kəs pəhləvanımıza “Həsən, sən həmişə çempionsan, Həsən, ox geri çəkilərək irəli atılır” deyib, dəstəyini ifadə etdi. İdmançımız isə xalqın bu dəstəyini cavabsız qoymayıb. Yığmamızn üzvü dəstəyə görə,öz “facebook” səhifəsində Azərbaycan xalqına minnətdarlıq edib.
AİM.az həmin mətni təqdim edir:
“Əziz və dəyərli millətim and olsun, sözün əsl mənasında heç nə deyə bilmirəm. Çünki deyəcək söz tapmıram. Göstərdiyiniz dəstək mənə elə kömək oldu ki, onun dünyada dəyəri yoxdu. Tam səmimi olaraq deyirəm, and olsun Allaha layiq olmadığım dəyəri verdiniz. Layiq olmadığım işi mənə görə etdiz. Bütün milətimin qarşısında baş əyirəm. Bir gün əvvəl özümü ən bədbəx insan kimi hiss edirdim. Bu gün isə məni ən xoşbəxt insan etdiniz. Yaxşılığınızın qarşılığını yalnız Allah verə bilər. Mən bu sayğının qarşısında acizəm”.
İdmançımız uduzmasından da söz açıb:
“Bayrağıma verdiyim dəyəri bir Allah bilir. Həssas insan oldugum ücün başıma gələn bu işi ölənə qədər unutmaram. Bundan sonra min dığa da udsam, Qarabağım ugrunda hamsını tək də məhv etsəm, qəlbim sakitləşməyəcək. Yanımda oldugunuz ücün minnatdaram. Allah bizim milləti həmişə bir əqidə, bir fikirdə birləşdirsin. Onda görərsiz Azərbaycan xalqı necə xalqdı, necə millətdi”.