Arif Məmmədov Eynulla Fətullayevi "neprav" çıxartdı: Atam ixtisasca baytar olub!!!!
20-06-2015, 00:00
Bu barədə yazmaq istəmirdim, ancaq təəssüf ki, bir çox KİV-lər administrasiyadan olan “ziyalıların” diktəsi ilə “”murzilkada” yaradılan fantazıyanın məhsulunu dərc edirlər.
Sonra qərara gəldim ki, təkcə gülmək də yaxşı deyil. Qoy adamlar istirahət günlərində biraz gülsünlər.
1) Rəhmətlik atam Zahid Məmmədov heç vaxt Abbas Abbasovun himayəsi altında Gəncə alüminium zavodunda işləməyib. O ümumiyyətlə heç vaxt alüminium zavodunda işləməyib.
O ixtisasca baytar olub. Baytar alüminium zavodunda – bu, ümumiyyətlə marazmin zirvəsidi. Ancaq Azərbaycanda hər şey mümkündür…
2) Atam Ziya Məmmədovla da, Kəmaləddin Heydərovla da, Fəttah Heydərovla da, bu gün tanınan bir çox digər adamlarla da dost olmasa da, yaxşı münasibətdə olub. O ümumiyyətlə, xeyirxah, şən və ünsiyyətçil adam olub.
3) Ölkənin indiki və keçmiş rəhbərliyində olanlardan mən ən az Abbas Abbasovla ünsiyyətdə olmuşam. Sonuncu dəfə onu 15 il əvvəl görmüşəm.
4) Aydın Abbasovu Azərbaycanın AŞPA-kı nümayəndə heyətinin bütün digər üzvləri kimi tanıyıram və hamısı ilə olduğu kimi normal münasibətim olub.
5) Eldar Həsənova münasibətə gəldikdə, bu diplomata böyük hörmətlə yanaşıram, ancaq onun Cənub-Şərgi Avropada və Balkanlarda “heykəlləşdirmə” məsələsində entuziazmını bölüşmürəm. Onu digər səfirlərdən nə az, nə də çox tanıyıram.
Ölkənin demək olar bütün rəhbərliyi ilə şəkillərim var. Eynullaya maraqlıdırsa, səhifəmdə paylaşa bilərəm. Sadəcə əminəm ki, bu onun sahiblərinin xoşuna gəlməyəcək.
6) İyunda BSCSIF-nin Bakıdakı konfransında iştirakımla bağlı.
Təşkilatın katibliyi tərəfindən İƏT səfiri qismində dəvət edilmişdim, istənilən halda Bakıya gəlib atamın məzarını ziyarət etməliydim, ona görə də razılıq verdim.
Yalnız konfransın açılışında qıza müddət oldum, sonra da marağım yox idi deyə görüşü tərk etdim. Iştirakçılara paylanan gözəl bloknotu özümdə saxladım.
E.Həsənovla 5 dəqiqə söhbət etdim, tədbirlə bağlı təbrik etdim və digər proqramda iştirak edə bilmədiyimə görə üzrxahlıq etdim.
7) Eynullanın yazdığı kimi Avropada Eldar Həsənovun iştirakı ilə səfirlərin “gizli ziyafəti” olmayıb.
8) Zadornov dediyi kimi ən maraqlı hissəyə hazırlaşın.
Azərbaycanı Avropa Şurasında səfir vəzifəsinə 2006-cı ildə təyin edilmişəm. Yəni Eynulla yazdığı kimi Heydər Əliyev məni “canını dişinə tutub” Strasburqa səfir təyin edə bilməzdi. Ancaq qabaq tarixlə edə bilərdi.