Ziya Məmmədovun qardaşı Qusardakı qətldən danışdı - "Heç nə deyə bilmərəm"

2-07-2015, 11:41           
Ziya Məmmədovun qardaşı Qusardakı qətldən danışdı - "Heç nə deyə bilmərəm"
Millət vəkili Elton Məmmədov Qusar rayonunun Çiləgir kəndində qardaşı Nəriman Məmmədovun qudası Ramiz Vəliyevin odlu silahla qətlə yetirilməsinə münasibət bildirib.

O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda hadisə ilə bağlı istintaq gedir: “Bu cinayət araşdırılır. Mən hadisə yerində olmamışam. Qətl zamanı qardaşımın orada olduğu bildirilsə də, mən hadisə yerində olmamışam. Heç nə deyə bilmərəm. Dolğun məlumat əldə etmək istəyirsinisə,Qusar rayon prokurorluğuna müraciət edə bilərsiniz. Onlar ehtiyac duyulan məlumatı sizə verəcəklər”.

Qeyd edək ki, Virtualaz.org saytı məlumat yayıb ki, Qusarda qətlə yetirilmiş biznesmen Ramiz Vəliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub. Və qətl hadisəsi də nazirin qardaşının yanında baş verib.

Mənbənin bildirdiyinə görə, hadisə vaxtı N.Məmmədov qudasının villasında istirahətdə imiş. Gözətçi E.Hacıyev R.Vəliyevi güllələyəndə nazirin qardaşı da ruhi sarsıntı keçirib, onun hətta qorxudan dili tutulub. Onu əvvəlcə rayon xəstəxanasına, oradan isə Bakıya gətiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru