"OMON"ÇULARDAN BƏYANAT: "QABIL RZAYEV FƏRARİLİYİNƏ GÖRƏ "OMON"DAN QOVULUB"-YENİƏNDİ

6-06-2017, 10:03           
"OMON"ÇULARDAN BƏYANAT: "QABIL RZAYEV FƏRARİLİYİNƏ GÖRƏ "OMON"DAN QOVULUB"-YENİƏNDİ
Pravdainfo.org-a bir qrup «OMON»çu adından bəyanat daxil olub. Bəyanatda hazırda İsveçrədə mühacir olan Qabil Rzayev adlı dələduzu yaxından tanımadıqlarını, onunla heç bir şəxsi əlaqələrinin nə keçmişdə, nə də indi olmadığını deyən sabiq OMON-çular maraqlı bəyanatla çıxış ediblər...
Onlar bildirirlər ki, bir neçə OMON-çu 1996-cı ildən haqsız yerə cəza çəkir, amma dövlət çevrilişinə cəhddə ittiham olunanların hamısı azadlığa çıxıb: "Belə çıxır ki, Rəhim Qazıyev, Surət Hüseynov, Ələkrəm Hümmətov və başqaları heç nə etməyiblər, bütün əməlləri Arif və Səfa (sıravi OMON-çular Arif Kazımov və Səfa Poladov-H.) törədib. 1990-cı ildən OMON-çular Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aktiv istirakçı olduqları halda, həbsdən çıxan OMON-çuların heç biri müharibə veteranı vəsiqəsini DIN-dən ala bilmirlər. Vəziyyətimiz olduqca pisdir. Azərbaycanda bizi heç bir təşkilat işə götürmək istəmir. Lakin biz Azərbaycanı tərk etmək istəmirik. Ancaq bizim adımızdan sui-istifadə edən bəzi fırıldaqçılar Avropada oturub «OMON» adından danışırlar. Sığındıqları xarici ölkələrdə kimlərəsə xoş gəlmək üçün “OMON» adından sui-istifadə edirlər. Onların əsil «OMON»a heç bir aidiyyətləri yoxdur. Onların başında duran isə Azərbaycan vətəndaşlarının agent kimi tanıdığı və Isveçrə ölkəsindən "omon"çu adından saxta sənədlər təqdim edib iclas keçirən Qabil Rzayevdir".

"Qabil Rzayev 1994-cü ilin ortalarında OMON-a işə götürülüb və elə həmin ilin sonunda da Qarabağ uğrunda gedən müharibədə fərarilik etdiyi üçün komandirimiz mərhum Rövşən Cavadov tərəfindən döyülərək polis sıralarından qovulub"

Bəyanatda bildirilir ki, Qabil Rzayev heç bir zaman OMON-çu olmayib. «Biz o adamı tanımırıq, hər birimiz uzun illər «OMON» sıralarında xidmət aparmışdıq, əksəriyyətimiz məlum mart hadisələrində həbs olunmuşuq. Amma haqqında «OMON»un keçmiş kadrlar şöbəsinin rəisi Elcin və Nazımdən məlumat almışıq ki, Qabil Rzayev 1994-cü ilin ortalarında OMON-a işə götürülüb və elə həmin ilin sonunda da Qarabağ uğrunda gedən müharibədə fərarilik etdiyi üçün komandirimiz mərhum Rövşən Cavadov tərəfindən döyülərək polis sıralarından qovulmuşdur. Bu haqda 147 nömrəli daxili əmr DIN-nin arxivində bu gün də durur. Biz tam məsuliyyətimizlə demək istəyirik ki, 1995-ci il Mart hadisələri zamanı Qabil Rzayevin nə mərhum Rövşən Cavadovla, nə onun qardaşı Mahir Cavadovla, eyni zamanda OMON-çularla heç bir əlaqəsi olmayıb. Bizə məlum olur ki, Qabil Rzayev Qubadlıda anadan olub, Ana torpağını ermənilərə qoyub qaçan bu satqın olaraq, göründüyü kimi ən asan yaşayışı Avropada seçib, bizim adımızdan şantaj işlərlə məşğul olur. Qabil Rzayev adlı dələduz heç bir zaman bizim haqqımızı qorumayıb. Hər kəsə məlumdur ki, o, 1997-ci ildə verbovka olunaraq irəli atılmış bir agent projesi olub. Burada məqsəd Omon-un 1996-çı ildən başlayaraq müdafiə komitəsinin fəal üzvləri və hüquq müdafiəçiləri olmuş F.Süleymanov, vəkillərdən Elçin Sadıqov, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağıyev, Səidə Qocamanlı, Leyla Yunus, Müslimət Rzaxanova kimi hüquq müdafiəçilərinin işinə kölgə salmaqla ara vurmaq olub. Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) komandiri Nizami Şahmuradov da "omon" hadisələri vaxı belə bir adamı tanımadığını və bu adamın omon-çuların işində heç bir rolu olmadığını qeyd edib. Mart hadisələrinin əsas füqurlarından olan keçmiş Xətai rayon prokuroru Mahir Cavadov da Qabil Rzayevin «OMON» hadisələrində heç bir rolunun olmadığını qeyd edir. Onun sözlərinə görə Qabil Rzayev kimilərin xüsusi xidmət idarələrinə xidmət etməsi internetdə hamıya ilk gündən bəlli olub. İran Etellat kəşfiyyatı bununla yanaşı, Qabil Rzayev kimi agentlərinin araçılığı ilə şəbəkənin Bakıda da təbliğ olunması üçün hərəkətə keçmişdir. 1995-ci il Martın 16-dan 17-nə keçən gecə hökumət qüvvələri ilə Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD və ya OMON) arasında qarşıdurma olub. Atışma Bakının 8-ci kilometr qəsəbəsindəki "OMON" qərargahı yaxınlığında başlanıb. Bəzi mənbələrdə həmin qarşıdurmada 22 hərbçi, 7 mülki şəxs, 1 polis əməkdaşının öldüyü, 105 nəfərin yaralandığı bildirilir. Həmin vaxt dəstənin rəhbəri Rövşən Cavadov da aldığı güllə yarasından Daxili İşlər Nazirliyinin hospitalında keçinmişdir. Həmin hadisələrdən sonra 150-yə qədər OMON-çu müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişdir. Onların bəzisinin həbs müddəti başa çatıb, bəziləri əfvlə azadlığa çıxıb. Amma 3 OMON-çu 20 ildir hələ də həbsdədir. Onlar ömürlük həbs olunan Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladovdır", -deyə bəyanatda bildirilir.
PRAVDAİNFO.ORG












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.