Polisi işdən Nəcməddin Sadıqovun oğluna görə yox, oğlunun sevgilisinə görə qovdurub VİDE

10-07-2015, 20:26           

Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-polkovnik Nəcməddin Sadıkovun oğlunu qayda pozuntusuna görə saxlayan polisin ağır cəzalandırıldığı, işdən qovulduğu barədə xəbərlər səngimək bilmir. Artıq məsələ ilə bağlı yeni təfərrüatlar da meydana çıxıb.

Xatırladaq ki, xəbəri aznews.az saytı yaymışdı və bildirilirdi ki, polis serjantı Cavanşir Qasımov onu işdən çıxartdıranın Nəcməddin Sadıkovun kiçik oğlu Məmməd Sadıkqov olduğunu bildirib. Məmməd Sadıkov Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. O, qayda pozuntusunu 10 NP 020 dövlət nömrə nişanlı “Range Rover” markalı maşınla törədib.

Ölkə.Az məsələ ilə bağlı ilginc hesab olunacaq təfərrüatlar əldə edib. Xatırlayırsınızsa, bir neçə gün öncə vaxtilə ANS-də yayımlanan "Toy olsun" verilişinin Aygün adlı iştirakçısı da məhz Cavanşir Qasımov tərəfindən saxlanılaraq cərimələnmişdi. Həmin vaxt evlilik proqramının xanım iştirakçısı sükan arxasında içkili vəziyyətdə tutulmuşdu. Etibarlı mənbənin saytımıza verdiyi xəbərə görə, sözügedən xanım N.Sadıkovun oğlu Məmməd Sadıkovla yaxın münasibətlərə malikdir. Hətta iddia olunur ki, oğul Sadıkovla Aygün xanım sevgilidirlər. Departamentin rəis müavini məhz bu yolla sevgilisini cərimələmiş polis serjantını cəzalandırmaq istəyib.

Qeyd edək ki, DYP-nin şöbə rəisi, polkovnik Vaqif Əsədov sözügedən polis əməkdaşının işdən çıxarıldığını təsdiqləsə də, bunu başqa səbəblə əlaqələndirmişdi.

Məsələ ilə bağlı bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.