Müsəlman heykəltəraş Şuşada nə yapır? - Doğrusunu Misirin Azərbaycandakı səfiri bilər.../VİDEO

10-07-2017, 10:21           
Müsəlman heykəltəraş Şuşada nə yapır? - Doğrusunu Misirin Azərbaycandakı səfiri bilər.../VİDEO
Misirli heykəltəraş qadın Marva Kendel işğal altındakı müsəlman şəhərində sükut içində, səbirlə bəzəkli daşlardan mozaika yapır...


Azərbaycanın erməni işğalı altındakı qədim mədəniyyət mərkəzi Şuşada Akop Gürcyanın xatirəsinə “5-ci heykəltəraşlıq simpoziumu” keçirilir.

Moderator.az Rusiya mediasına istinadla verdiyi xəbərdə təəccüblü və maraqlı məqam bu deyil. Torpaq düşmənin əlində olandan sonra orada nə bildi, nə bacardı – edəcək... Bunun qarşısını almağın yeganə yolu torpaqlarımızı işğaldan azad etməkdir... Təəccüblüsü və acınacaqlısı odur ki, işğalçıların təşkil etdiyi “simpozium”da müsəlman ölkəsindən də nümayəndə iştirak edir. Serbiyadan Mliya Çpayak, Hindistandan Kanta Kişore Moarana, Misirdən Marva Kendel... Əlbəttə, Azərbaycan oxucusunu ən çox təəccübləndirəcək işğal altındakı Şuşaya müsəlman ölkəsi sayılan Misirdən nümayəndə gəlməsidir. Özü də hicablı, müsəlman görünüşlü bir qadının... Bu, erməni əsilli Rusiya jurnalistinin təqdim etdiyi fotolardan və videoyazıdan da aydın görünür...



Ən acınacaqlısı bir də odur ki, Marva Kendel adlı misirli, müsəlman(!) qadın erməni ordusunun yaşayış məntəqələrimizi növbəti dəfə atəşə tutması zamanı 18 aylıq Zəhranın həlak olmasından cəmi bir gün sonra Şuşada müsəlman(!) qadın(!) ermənilərin təşkil etdiyi tədbirdə can-fəşanlıqla öz istedadını göstərir. İşğal altındakı müsəlman torpağında sükut içində, səbirlə bəzəkli xırda daşlardan şəbəkə, mozaika yapır...

P.S. Azərbayacn Xarici İşlər Nazirliyinin bu faktdan xəbərdar olub-olmadığını bilmirik. Ehtimal edək ki, bu, ermənilərin Azərbaycanın Misirlə münasibətlərini korlamaq üçün bir təxribatıdır.Yəni, Marva Kendel kimi təqdim edilən heykəltəraş nə misirli, nə də müsəlmandır. Bütün hallarda Misirin Azərbaycandakı səfirindən bu haqda soruşmaq gərəkdir. O, məsələni dəqiqləşdirə bilər...
[media=https://www.youtube.com/watch?v=PcU4LQ44Uv0]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru