Türkiyə universitetlərinin Bakı tədbiri təxirə salındı - İLGİNC SƏBƏB

29-07-2017, 11:44           
Türkiyə universitetlərinin Bakı tədbiri təxirə salındı - İLGİNC SƏBƏB
"Akademi Group” Xaricdə Təhsil Mərkəzinin Bakıda planlaşdırdığı Türkiyə Universitetlərinə Sənəd Qəbulu və Tanıtım Günləri təxirə salınıb.

Bu haqda AZXEBER.COM-a tədbirə görə Bakıya təşrif buyuran universitet nümayəndələrindən biri məlumat verib. Məlumata görə, sabahkı tədbirdə heç bir universitetin nümayəndəsi iştirak etməyəcək.

Tanıtım günləri 29-30 Iyul tarixlərində Hilton hotelində planlaşdırılırdı.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, tədbir Bakıdakı özəl universitetlərin rəhbərliyinin təzyiqi ilə təxirə salınıb. Səbəb isə qəbul imtahanlarından sonra kütləvi şəkildə abituriyentin Türkiyəyə üz tutmasıdır. Bu tədbir məhz ona hesablandığı üçün, məsələ böyüyüb. Bakıdakı özəl universitetlər tamamilə boş qalma təhlükəsi ilə üzləşib. Nəticədə tədbirin ləğv edilməsi qərarlaşdırılıb. Türkiyədən tədbirlə bağlı çoxlu sayda universitetin rəhbər şəxsləri iştirak etsələr də, onlar geri qayıtmaq məcburiyyətində qalıblar.

Bu 2 gün ərzində məzunlar universitetlərin Bakıya dəvət olunmuş nümayəndələrinə sənədlərinizi birbaşa təqdim etməli idilər.

Qeyd edək ki, bu il bir çox Türkiyə universiteti Dövlət İmtahan Mərkəzi (TQDK) imtahanlarından yüksək bal yığanlara 30-50-100% endirimlər təklif etməyi planlaşdırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru