Erməni generaldan həyasız açıqlama: “Əks-hücuma keçə bilərik”

31-07-2017, 14:00           
Erməni generaldan həyasız açıqlama: “Əks-hücuma keçə bilərik”
Azərbaycanın yeni hücumu halında biz əks-hücuma keçərək, öz təhlükəsizlik zonamızı genişləndirəcəyik.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə Qarabağ separatçılarının “müdafiə naziri” general-leytenant Levon Mnatsakanyan Ermənistanın İctimai telekanalına müsahibəsində çıxış edib.
Erməni general 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun aldığı mövqeləri qaytarmaqla da hədələyib.
Mnatsakanyan gecə vaxtlarında döyüş xəttini diqqətdə saxladıqlarını bildirib.
Qeyd edək ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirib erməni işğaılnda olan straetji məntəqələri azad edib. Qarabağ separatçılarının bu cür açıqlamaları erməni tərəfində olan vahiməni aradan qaldırmağa hesablanıb.
Qondarma rejimin “müdafiə nazirinin bu açıqlaması Ermənistanın Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına əngəl törətmək üçün verilib. Nə qədər müstəqil görünmək donuna bürünsə də, qondarma rejimin təmsilçisi Ermənistanın mövqeyini ifadə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.