" Daşaltı faciəsi günü bizim televiziya kanallarının əksəriyyəti elə bil palatka toyundan verlişlər efirə verirlər. " Üzeyir Cəfərov
26-01-2018, 22:11
teref.az olaraq məşhur hərbi ekspert jurnalist Üzeyir Cəfərovun Azərbayjcan TV kanallarına haqlı olan iradlarını sizə t\qdim edirik:
Əziz dostlar! Hörmətli həmkarlar!
Çox pis vəziyyət yaranıb. Baxıram,deyəsən ölkə rəhbərliyinə açıq məktubla müraciət etmək lazım gələcək. Bu nə biabırçılıqdır, ay insanlar? Bizim televiziya kanalarında rəhbərlikdə oturanlar heç olmasa baş verənləri anılıyırlarmı? Ay kişilər, ay yoldaşlar, siz bunu bilərəkdən edərsinizsə, vallah siz çox böyük səhv edirsiniz. Yox əgər bilməyərəkdən buna gedirsinizsə, vallah ayıbdır, sizi milyonlarla insan heç də yaxşı olmayan sözlərlə xatırlıyırlar. Siz heç olmasa təqvimlərə bir baxın ki, bu gün, yaxud sabah hansı gündür və hansı verlişləri bu tarixə uyğun proqrama salmaq lazımdır.
Mən dəfələrlə demişəm ki, MTRŞ adlı bir qurum baş verənlərə görə birbaşa məsuliyyət daşıyır. Ay özəl kanalllardır, nə bilim filənkəsin kanalıdır variantları keçmir və keçməməlidir.
Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən məlum hadisələrlə əlaqədar normal insanlar gözlüyürdülər ki, bu tarixə uyğun olan tərbiyyəvi əhəmiyyətli verlişlər veriləcək. Axı biz bu tarixin canlı şahidləriyik. Yaxşı, 20 yanvarı ümümxalq hüzn günü kimi yaxşı-pis yola verdik. Səhərin gözü açılmamış, yanvarın 21-də televiziyalar bir vur çatlasın, bir konsertlər sərgilədilər ki, adamı sadəcə xəcalət təri basırdı.
Bu gün Daşaltı faciəsinin ildönümüdür. O faciədə mərd və igid oğullarımız həyatlarını qurban verdilər. Bəzilərinin isə nə ölüsündən, nə də dirisindən bu günə kimi hələ də xəbər yoxdur. Amma baxın, bizim televiziya kanallarının əksəriyyəti elə bil palatka toyundan verlişlər efirə verirlər. Bu ARB kanalında son vaxtlar Sayqa adlı bir çox uğursuz, çox bayağı bir xanım aparıcı sanki insanların əsəbləri ilə oynayır. Doğrusu mən bilmirəm bu kanala məsuliyyət daşıyan hörmətli yoldaş nə düşünür, amma inanın ki, aparıcı qadının bu cür yeri gəldi-gəlmədi əcaib gülüşləri, hərəkətləri insanların əsəblərinə və heysiyyatına toxunur. Mənə deyə bilərlər ki, kanalı çevirim, o cür bayağı verlişlərə baxmayım. And olsun Allaha ki, baxmıram. Nə vaxt kanalı çevirirsən, orada baş verənlər sadəcə normal insanın əsəblərinə toxunur. Digər televiziya kanallarımız da ARB-dən geri qalmır. Bu kanalda hörmət etdiyim və öz işini yaxşı bilən xeyli dostlarımız da çalışırlar. Onlar yazdıqlarımdan inciməsinlər. Belə olmaz.
Hesab edirəm ki, Prezident Adminstrasiyasının müvafiq şöbəsi də TƏCİLİ MTRŞ ilə TV kanalların rəhbərlərini bir araya gətirməli və bəzi ciddi nəticələr çıxarılmalıdır. İnanın ki, insanlar çox böyük narazılıq edirlər. Məgər ölkənin həyatında marifləndirici və təbliğatı xarakterli verlişlər hazırlamaq olmaz ki, hamı ondan bəhrələnsin? Müharibə vəziyyətində olan və torpaqlarının 20 faizindən çoxu düşmən tapdağı altında olan ölkənin televiziya məkanı bu cür olmamalıdır. Bəlkə də mən səhv edirəm, amma hesab edirəm ki, bu çox böyük yanlışlıqdır. İnanın ki, bəyənmədiyimiz Orta Asiya respublikalarının televiziya məkanlarında bu cür bayağılıq və aşağı səviyyəlik yoxdur. Televiziya çox güclü ideoloji silahdır. Ondan doğru və düzgün istifadə etmək lazımdır. Hesab edirəm ki, qeyd etdiklərimi hansısa qərəz kimi deyil, reallığa etiraz edən minlərlə, bəlkə də yüz minlərlə vətəndaşımızın müraciəti kimi qəbul olunacaq.
Allah Azərbaycanımızı qorusun!
Üzeyir Cəfərov
Hərbi ekspert